XS
Xalq Sığorta
İnsan Resursları əməliyyatları üzrə mütəxəssis
Опубликовано 20 ч. назад Источник: jobsearch.az ↗
- Категория
- HR
О должности
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyədə bilməli;
- 1 C 8.2 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word-əla, Excel-yüksək);
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
- Sərbəst araşdırma qabiliyyəti, diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
- İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
- Aylıq tabel uçotunun aparılması;
- Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Struktur və vəzifə dəyişiklikləri, rotasiya və digər HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı;
- Arayışların hazırlanması və qeydiyyatın aparılması;
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır.
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını ( İR əməliyyatlar üzrə mütəxəssis ) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.