YCH Yevlakh City HotelYevlakh City Hotel

İnsan Resursları üzrə Menecer-Yevlax

Опубликовано 7 ч. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
20 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Şöbə: İnsan Resursları

İşəgötürən: “Yevlakh City Hotel”

Ünvan: Yevlax şəhəri, Azərbaycan

Əmək funksiyası:

  • İşçilərin qanunvericiliklə və şirkət tərəfindən tələb olunan sənədlərini qəbul etmək;

  • Xarici vətəndaşların viza, miqrasiya ilə bağlı prosedurlarını həyata keçirmək;

  • Müəssisənin strukturunu yaratmaq, daxili dəyişikliklər baş verdikdə onu yeniləmək;

  • ƏMAS və ERP sistemə tələb olunan məlumatları daxil etmək;

  • Yeni işə başlayan işçiləri ilkin təlimatla tanış etmək və tələb olunan sənədləri təqdim edərək imzalatmaq;

  • Şöbələr tərəfindən təqdim olunan iş cədvəllərinin ilkin yoxlanışını aparmaq və yanlışlıqlar olduqda dərhal şöbəni məlumatlandırmaq;

  • Təsadüfi yoxlamalar apararaq iş prosesinə nəzarət etmək;

  • İşçilərə aid olan normativ, metodik və digər rəhbər materialları tərtib etmək, qaydasında saxlamaq;

  • İR şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsi;

  • İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyə riayət etmək;

  • İşçilərin ixtisas və peşəkarlığının artırılması işini həyata keçirmək;

  • Şəxsi işlərin aparılması və məxfiliyin qorunması, sosial müavinatların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi;

  • İşçi hərəkətlərinin uçot metodlarını həyata keçirmək;

  • Həmkarlarla normal iş münasibətlərini qoruyub saxlamaq və bərabərlik prinsipinə əməl etmək.

  • Müəssisənin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək;

  • Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.

  • Tələb olunduqda, təlim sessiyaları və toplantıları aparmaq.

  • İşə qəbul prosesini aparmaq, seçim fəaliyyətlərinə nəzarət etmək, proses boyu müvafiq şöbə rəhbərləri ilə işləmək.

Tələblər:

  • Ali təhsil;

  • Təcrübə: Minimum 5 il (3 il rəhbər vəzifə);

  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;

  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;

  • 1C, ERP və Visio proqram təminatlarında işləmək bacarığı;

  • Azərbaycan dili – sərbəst;

  • Rus və ya İngilis dili – yaxşı səviyyədə;

Fərdi keyfiyyət göstəriciləri :

  • Liderlik bacarıqları;

  • Mükəmməl ünsiyyət qurma bacarıqları;

  • Konflikt həll etmə;

  • Danışıqlar aparma qabiliyyəti;

  • Stress altında işləmə bacarığı

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi

  • İstirahət günü: 2 (iki) gün.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;

  • Korporativ nömrə və danışıq paketi;

  • Tibbi sığorta;

İş yeri:

  • Yevlax şəhəri, Azərbaycan

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin və müəssisənin adını qeyd edin. Yalnız vəzifə və müəssisə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

YCH Yevlakh City Hotel
Yevlakh City Hotel

Похожие вакансии

Смотреть все