GM Grand Motors CompanyGrand Motors Company

İnsan resursları üzrə mütəxəssis

Опубликовано 21 ч. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
14 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İR əməliyyatları sahəsi üzrə 1-3 il iş təcrübəsi;    
  • Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);  
  • Müvafiq e-platformalarında əməliyyatların aparılması bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
  • İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
  • İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
  • Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi, onboardinglərin aparılması);
  • İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
  • Digər strukturlardan və əmək müfəttişliyindəndən daxil olan İR-ı ilə bağlı sorğularının cavablandırılması;
  • Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
  • Hesabatların rəhbərliyə təqdim olunması;
  • Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;
  • Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;
  • Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
  • Müvafiq proqram teminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;
  • Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
  • Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
  • Karyera inkişafı imkanları və mehriban kollektiv.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2395&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.

GM Grand Motors Company
Grand Motors Company

Похожие вакансии

Смотреть все