İnsan resurslarının idarəedilməsi departamenti-Aparıcı mütəxəssis
Режим работы Полная занятость Опыт 1–3 года Категория HR
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- İnsan resursları üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması və təhlil edilməsi;
- İşə qəbul, işdən azad olunma, kadr hərəkətləri, ştat dəyişiklikləri və digər HR metriklərinin izlənilməsi və hesabatlaşdırılması;
- Rəhbərlik üçün təqdimatlar, dashboardlar və analitik hesabatların hazırlanması;
- HR məlumat bazalarının təmizlənməsi, məlumat keyfiyyətinin artırılması və məlumatların aktuallığının təmin edilməsi;
- Əmək haqqı fondu, işçi sayı, vakant ştatlar və digər HR göstəriciləri üzrə büdcə və proqnozlaşdırma işlərinin aparılması;
- Daxili və xarici audit, konsaltinq və hesabat layihələri üzrə məlumatların hazırlanması;
- Maliyyə və İnsan Resursları göstəricilərinin inteqrasiya olunmuş təhlilinin aparılması;
- HR prosesləri üzrə KPI və performans göstəricilərinin hazırlanması və monitorinqi;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin analitik dəstəklənməsi;
- Məzuniyyətlər, əlavə iş saatları, heyətin planlanması, cəmlənmiş uçot və digər əmək göstəriciləri üzrə təhlillərin aparılması;
- Müxtəlif dövlət qurumları və aidiyyəti təşkilatlar üçün təqdim olunan hesabatların hazırlanmasında iştirak etmək;
- HR məlumatlarının avtomatlaşdırılması və optimallaşdırılması üzrə layihələrdə iştirak etmək.
Xüsusi tələblər
- Təhsil səviyyəsi:İqtisadiyyat, Riyaziyyat, Statistika, Biznesin idarə edilməsi, İnsan Resurslarının idarə edilməsi və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- Tələb olunan minimum iş stajı:HR analitikası, məlumatların təhlili və ya hesabatlılıq sahəsində minimum 2 il iş təcrübəsi
- Tələb olunan kompüter bilik səviyyəsi:Ms Office,Power BI,SAP ERP,SQL
- Tələb olunan xarici dil bilik səviyyəsi:İngilis dili və rus dili biliyinin olması arzuolunandır
- Excel proqramını yüksək səviyyədə bilməsi (Pivot Table, Power Query, mürəkkəb formulalar və s.);SAP ERP və ya digər ERP sistemləri üzrə təcrübə;digər məlumat vizuallaşdırma alətləri ilə işləmə bacarığı; Analitik düşüncə və böyük həcmli məlumatlarla işləmək bacarığı; Təqdimat hazırlama və məlumatların vizuallaşdırılması bacarığı;
- Analitik və sistemli düşüncə;
- Məsuliyyətlilik və detallara diqqət;
- Vaxtın effektiv idarə olunması;
- Təşəbbüskarlıq və nəticəyönümlülük;
- Məlumatların məxfiliyinə riayət etmə bacarığı.
AXD 
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi