Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İnspektor (Füzuli regionu üzrə)
Режим работы Полная занятость Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına, normativ hüquqi aktlara və beynəlxalq müqavilələrə əməl olunmasına nəzarət etmək;
- Sərnişin və yük daşımalarının təhlükəsiz təşkilini yoxlamaq;
- “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərən daşıyıcıların qarşısını almaq;
- Daşıyıcılar üçün maarifləndirmə işlərini aparmaq və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
- Sürücülərin iş və istirahət rejiminə, habelə müəyyən edilmiş tariflərə uyğun gediş haqqı ödənişlərinə nəzarət etmək;
- İnzibati xətaların aşkarlanması və pozuntu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi prosesində iştirak etmək;
- Aşkar edilmiş uyğunsuzluqlarla bağlı birbaşa rəhbərə mütəmadi hesabatlar təqdim etmək;
- Xidməti tapşırıqları, o cümlədən regional idarələrə dəstək göstərilməsini və təhkim edilmiş avadanlıqların/nəqliyyat vasitələrinin istismar qaydalarına riayət etməklə icra etmək.
Tələblər
- Ali təhsil (nəqliyyat sahəsində);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Windows və MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Qanunvericiliklə (AR Prezidentinin aktları, Nazirlər Kabinetinin qərarları və s.) bağlı tələbləri bilmək və tətbiq etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı.
- B kateqoriyalı etibarlı sürücülük vəsiqəsinin olması (mütləqdir).
- Avtomobil nəqliyyatı və logistika sahəsində biliklər üstünlükdür.
AYN 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına…