Bakı Metropoliteni İşarəvermə və Rabitə Xidmətinin İMB (İşarəvermə, mərkəzləşdirmə, bloklama) sahəsi üzrə elektrik montyoru
Опубликовано 21 ч. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
“Bakı Metropoliteni” QSC olaraq peşəkar komandamıza qoşulmaq üçün İşarəvermə və Rabitə Xidmətinin İMB (İşarəvermə, mərkəzləşdirmə, bloklama) sahəsi üzrə elektrik montyoru axtarırıq.
Namizəd metropoliten xətlərində hərəkətin təhlükəsizliyini təmin edən işarəvermə, mərkəzləşdirmə və bloklama (İMB) avadanlıqlarının quraşdırılması, sazlanması, texniki baxışı və nasazlıqlarının operativ şəkildə aradan qaldırılması işlərini həyata keçirəcəkdir..
Sizi hansı öhdəliklər gözləyir?
- İMB qurğularına texnoloji proses qrafiki üzrə texniki xidmət göstərmək, müvafiq yoxlama və profilaktik işləri aparmaq;
- Yoldəyişdiricilərin, svetoforların, rels dövrələrinin və digər İMB qurğularının saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Qurğuların prinsipial və montaj sxemlərinə əsasən İMB qurğularının montajı, yoxlanması, tənzimlənməsi və təmiri işlərində iştirak etmək;
- Relelərin, kontaktların, kabellərin, işarə lampalarının, şlaqbaum və digər İMB avadanlıqlarının montaj işlərini yerinə yetirmək;
- Yeraltı və yerüstü kabel xətlərinin çəkilməsi və müvafiq terminallara qoşulması işlərini icra etmək;
- Elektrik dövrələrinin rele, işarə lampaları və digər elementlərinin sıradan çıxma səbəblərini tapmaq və aradan qaldırmaq;
- İMB qurğularında istifadə olunan cihazların parametrlərini və işə yararlılığını yoxlamaq;
- Voltmetr, ampermetr, meqometr və digər ölçü cihazları ilə lazımi ölçmələr aparmaq;
- İMB avadanlıqlarında elektrik təhlükəsizliyi qaydalarına uyğun olaraq torpaqlama və izolyasiya yoxlamalarını həyata keçirmək;
- Sahənin elektrik mexaniki ilə koordinasiyalı işləmək, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.
Namizədlərdən tələblərimiz
- Elektrotexnika, avtomatika, işarəvermə və rabitə və ya digər müvafiq texniki sahələr üzrə orta ixtisas və ya peşə təhsili (ali təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili olduqda iş stajı tələb olunmur, müvafiq təhsil olmadıqda isə istehsalatda 6 aydan az olmayaraq iş stajı tələb olunur;
- Elektrik sxemlərini, prinsipial və montaj cizgilərini oxumaq bacarığı;
- Müvafiq əl alətləri, ölçü-sınaq cihazları (voltmetr, ampermetr, meqometr və s.) ilə işləmək vərdişləri;
- Elektrik təhlükəsizliyi qaydaları və texnoloji proses qrafikləri ilə işləmək bazası;
- Texniki jurnallarda qeydlərin aparılması bacarığı;
- Gecə növbələrində və yeraltı obyektlərdə (tunellərdə) işləmək qabiliyyəti, fiziki dözümlülük və yüksək məsuliyyət hissi;
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5507 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
BM 

Bakı Metropoliteni