İstehlak krediti üzrə mütəxəssis (Naxçıvan şəhəri)
Режим работы Полная занятость Опыт 1–3 года Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
2013-cü ildən etibarən fəaliyyət göstərən Monetri BOKT MMC, maliyyə xidmətləri sahəsində müştərilərinə etibarlı, operativ və keyfiyyətli xidmət göstərmək prinsipini əsas tutaraq, ölkənin müxtəlif bölgələrində genişlənən filial şəbəkəsi ilə fəaliyyətini davam etdirir. Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir. İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
- İstehlak kreditləri üçün müraciətləri qəbul etmək və qiymətləndirmək.
- Müştərilərlə danışıqlar aparmaq.
- Müştəri şəbəkəsinin genişləndirilməsi;
- Kredit risklərini qiymətləndirmək və müştərilərin maliyyə vəziyyətini təhlil etmək.
- Kreditlərin ödənişini izləmək və gecikmiş ödənişlər olduqda tədbirlər görmək.
- Müştərilərə kreditlərlə bağlı məsləhətlər vermək və onlara ən uyğun kredit məhsullarını təklif etmək.
- Kredit portfelinin idarə olunmasında iştirak etmək.
Xüsusi tələblər
- Kreditlərlə bağlı biliklər və təcrübə.
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı.
- Analitik düşünmə qabiliyyəti.
- Müştəri ilə işləmək bacarığı.
- Komanda ilə işləmək bacarığı.
- Azərbaycan dili mükəmməl səviyyədə.
Müraciət etmək üçün: [email protected]
MB 
Monetri BOKT MMC