ML
Mətbəx Line
İstehsalat Meneceri (Mingəçevir – Mebel Sexi)
Опубликовано 1 дн. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Логистика
О должности
Vəzifə öhdəlikləri:
- İstehsal prosesinə nəzarət etmək və işçilər arasında iş bölgüsünü təşkil etmək.
- Sərf olunan materialların uçotunu aparmaq.
- Anbardakı material qalıqlarına nəzarət etmək.
- Tələb olunan material və mallar üzrə sifariş sənədlərini hazırlamaq.
- Layihələr üzrə ilkin və yekun smetaları tərtib etmək.
- İstehsal sahəsinin, iş masalarının və dəzgahların səmərəli, səliqəli və təmiz saxlanılmasını təşkil etmək və buna nəzarət etmək.
- Sexin gündəlik tələbat ehtiyatlarına və aylıq kommunal xərclərinə nəzarət etmək.
Tələb olunan keyfiyyətlər:
- Ofis menecmenti, idarəetmə və ya əlaqəli sahədə iş təcrübəsi;
- Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint) və digər ofis alətlərini yaxşı səviyyədə bilmək;
- Yüksək təşkilatçılıq bacarığı və detallara diqqət;
- Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı.
İş şərtləri:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək;
- İş qrafiki: Həftənin 6 günü, saat 09:00–18:00 (bazar günü istirahət günüdür).
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “İstehsalat Meneceri (Mingəçevir)” qeyd olunmalıdır.