AP Ata Pack MMCAta Pack MMC

İstehsalat Operatoru Köməkçisi (bəy)

Bakı Опубликовано 1 нед. назад Источник
Полная занятость Инжиниринг
Ежемесячная зарплата
₼600+
Срок подачи
9 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

ATA Pack MMC-dən vakansiya: İstehsalat Operatoru Köməkçisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Operatorun gündəlik iş prosesində ona dəstək göstərmək;
– Böyük istehsal avadanlıqlarının işə hazırlanması, işə salınması və dayandırılması prosesində operatora kömək etmək;
– Avadanlıqlarda yaranan kiçik texniki nasazlıqları vaxtında operatora və rəhbərliyə bildirmək;
– İstehsalat üçün tələb olunan material və ehtiyat hissələrinin anbardan gətirilməsində iştirak etmək;
– İş yerində təmizlik, nizam-intizam və təhlükəsizlik qaydalarına riayət etmək;
– Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək.

Namizədlərə tələblər:
– Təhsil: Orta və ya orta ixtisas təhsili;
– İş təcrübəsi: İş təcrübəsi tələb olunmur, iş prosesi şirkət tərəfindən öyrədilir;
– Cins: Bəy namizədlər
– Fiziki cəhətdən sağlam olmaq;
– Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
– Böyük istehsal avadanlıqları ilə işləməyə maraqlı olmaq.
Qeyd: İş istehsalat sahəsində və böyük avadanlıqlarla əlaqəli olduğundan fiziki cəhətdən sağlam namizədlərə üstünlük verilir.

İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: Növbəli
– İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur)
– Nahar, iş forması və servis şirkət tərəfindən təmin edilir;

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir (iş tam öyrədildikdən sonra əməkhaqqı artırılır)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İstehsalat Operatoru Köməkçisi” yazaraq [email protected] epoçt ünvanına ya da (055)201-26-68 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


AP Ata Pack MMC
Ata Pack MMC
Emal sənayesi

“ATA PACK” MMC artıq 3 ildir ki,Azərbaycanda çap sektorunda uğurla fəaliyyət göstərən və istehsal etdiyi məhsul tipinə görə yeganə tədarükçüdür.Şirkətimiz ölkənin paytaxtı Bakı şəhərində sənaye…

Похожие вакансии

Смотреть все