WWERDEN

İstehsalat Rəhbəri (mebel istehsalı)

Bakı Опубликовано 2 ч. назад Источник
1–3 года Логистика
Ежемесячная зарплата
₼2,000 – 3,000
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Mebel İstehsalı üzrə İstehsalat Rəhbəri

Biz mətbəx mebeli istehsalını tam şəkildə idarə edə biləcək peşəkar istehsalat rəhbəri axtarırıq.

 

Öhdəliklər

Mətbəx mebeli istehsalının bütün mərhələlərini idarə etmək və nəzarətdə saxlamaq.

Mebel istehsalı texnologiyalarını dərindən bilmək.

MDF, laminat, təbii və mühəndis şponu, masiv ağac, boya, lak, HPL, akril, kənar lentləri, furnitura və digər mebel materiallarını yaxşı tanımaq.

Boya və laklama proseslərini, şponlama texnologiyasını və səthin hazırlanması qaydalarını bilmək.

İstehsalat planını hazırlamaq, sifarişləri düzgün ardıcıllıqla təşkil etmək və işçilər arasında işi səmərəli bölüşdürmək.

İstehsalın bütün sahələrinin – kəsmə, CNC emalı, kənarlama, presləmə, şponlama, rəngləmə, yığım və qablaşdırma proseslərinin fəaliyyətini koordinasiya etmək.

Məhsulun keyfiyyətinə, texnoloji qaydalara və istehsalat intizamına daim nəzarət etmək.

İstehsalat proseslərini təhlil etmək, problemləri müəyyənləşdirmək və məhsuldarlığın artırılması, material itkilərinin və vaxt itkisinin azaldılması üçün həllər tətbiq etmək.

Materiallardan səmərəli istifadə olunmasını və məhsulun maya dəyərinin nəzarətdə saxlanılmasını təmin etmək.

Anbar, satınalma və montaj şöbələri ilə istehsalat arasında effektiv əməkdaşlığı təşkil etmək.

Texniki çertyojları və istehsalat sənədlərini oxuya və başa düşə bilmək.

İstehsalat zamanı yaranan problemləri operativ şəkildə həll etmək və düzgün qərarlar qəbul etmək.

İşçi heyətini idarə etmək, tapşırıqlar vermək, onların icrasına nəzarət etmək və sağlam iş mühiti yaratmaq.

İnsanlarla düzgün ünsiyyət qurmaq, komandaya rəhbərlik etmək, əməkdaşları motivasiya etmək və münaqişələri peşəkar şəkildə həll etmək.

Sifarişlərin vaxtında və yüksək keyfiyyətlə hazırlanmasına görə məsuliyyət daşımaq.

Tələblər

Mebel istehsalı sahəsində, xüsusilə mətbəx mebeli istehsalında iş təcrübəsi.

Müasir mebel istehsalı texnologiyaları və materialları haqqında praktik bilik.

Analitik düşüncə tərzi və güclü təşkilatçılıq bacarığı.

Liderlik keyfiyyətləri, məsuliyyətlilik və qərar qəbul etmə bacarığı.

Komandanı effektiv idarə etmək və istehsalatın yüksək səmərəliliyini təmin etmək bacarığı.

İstehsalat proseslərinin daim təkmilləşdirilməsinə və müəssisənin inkişafına yönəlmiş düşüncə tərzi.

Похожие вакансии

Смотреть все
Откликнуться