PC
Prime Cotton
İstehsalat şöbəsinin müdiri (Mingəçevir)
Ежемесячная зарплата
Зарплата по договорённости
- Режим работы
- Полная занятость
- Опыт
- career-levels.executive
- Категория
- Финансы
О должности
Təsvir
- Müəssisənin istehsal strategiyasının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
- İdarəçiliyində olan istehsal sahələrinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək;
- İstehsal planlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
- İstehsal güclərindən səmərəli istifadəyə nəzarət etmək və məhsuldarlığın artırılması üzrə tədbirlər həyata keçirmək;
- Texnoloji proseslərin müəyyən edilmiş standart və normativ tələblərə uyğun aparılmasını təmin etmək;
- İstehsalat avadanlıqlarının istismarı, texniki baxışı və təmir proseslərinə rəhbərlik etmək;
- Avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
- Xammal, enerji və digər resurslardan səmərəli istifadəni təşkil etmək;
- İstehsal proseslərində yaranan problemləri operativ şəkildə müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək;
- İstehsal göstəricilərinin təhlilini aparmaq və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
- İstehsal proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması layihələrinə rəhbərlik etmək;
- Müəssisənin modernizasiya layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Şöbənin illik və aylıq büdcəsinin hazırlanmasını və icrasına nəzarəti təmin etmək;
- Tabeliyində olan əməkdaşların fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq və onların peşəkar inkişafını dəstəkləmək;
- Şöbələrarası əməkdaşlığın təmin olunması və istehsalatla bağlı məsələlərin koordinasiyasını həyata keçirmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
- Daxili prosedurların, qaydaların və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;
- Keyfiyyət idarəetmə sisteminin tələblərinə uyğun fəaliyyət göstərmək və audit proseslərində iştirak etmək;
- Risklərin müəyyənləşdirilməsi və azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
- Ali təhsil (Mühəndislik, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Elektrik mühəndisliyi, İstehsalatın idarə olunması və ya əlaqəli sahələr üzrə);
- İstehsalat sahəsində minimum 7 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- İstehsal proseslərinin idarə olunması və optimallaşdırılması sahəsində praktiki təcrübə;
- Texnoloji proseslər, avadanlıqların istismarı və texniki xidmət üzrə dərin biliklər;
- İstehsal planlaşdırılması və istehsal gücünün idarə olunması bacarığı;
- Büdcələşdirmə və xərclərin idarə olunması üzrə təcrübə;
- ISO 9001, ISO 14001 və ISO 45001 standartları üzrə bilik və ya sertifikatların olması üstünlükdür;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblər üzrə biliklər;
- Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə bilik;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
- AutoCAD, SolidWorks, Inventor və digər mühəndislik proqramlarında işləmək bacarığı;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Analitik düşünmə və problem həll etmə bacarıqları;
- Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;
- Dəyişikliklərin idarə olunması və nəticəyönümlü yanaşma.