PRI
Pangea Road Innovations
IT Layihələri üzrə Monitorinq Mütəxəssisi
Ежемесячная зарплата
Зарплата по договорённости
- Режим работы
- Полная занятость
О должности
Təsvir
- Şirkət tərəfindən həyata keçirilən IT layihələrinin gündəlik monitorinqini həyata keçirmək;
- Layihə fəaliyyətlərinin təsdiq edilmiş iş planına, vaxt qrafikinə və müəyyən edilmiş hədəflərə uyğun icrasına nəzarət etmək;
- Layihə çərçivəsində aparılan sahə işlərində iştirak etmək və görülən işlərin icra vəziyyətini izləmək;
- Video monitorinq sistemləri vasitəsilə layihə əhatəsində olan ərazilərdə nəqliyyat axınının və əməliyyat proseslərinin fasiləsiz izlənilməsini təmin etmək;
- Layihə çərçivəsində quraşdırılmış kamera sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək, görüntü keyfiyyətini mütəmadi olaraq yoxlamaq və aşkarlanmış nasazlıqların aradan qaldırılması prosesini koordinasiya etmək;
- Kamera görüntülərində yaranan texniki nasazlıqları, yayınmaları və görüntü keyfiyyəti problemlərini vaxtında aşkar etmək;
- Aşkarlanmış nasazlıqları, riskləri və uyğunsuzluqları qeydiyyata almaq, aidiyyəti struktur bölmələri operativ şəkildə məlumatlandırmaq və həll prosesini izləmək;
- Quraşdırılmış monitorinq sistemlərinin və avadanlıqların stabil və fasiləsiz fəaliyyətinə nəzarət etmək;
- Layihələrin icrası zamanı yaranan gecikmələri, riskləri və potensial problemləri müəyyən etmək və aidiyyəti şəxslərə vaxtında məlumat vermək;
- Sahə komandaları, podratçılar və aidiyyəti struktur bölmələr arasında koordinasiyanı təmin etmək;
- Layihə üzrə görülmüş işlərin müəyyən edilmiş texniki tələblərə, prosedurlara və keyfiyyət standartlarına uyğunluğunu izləmək;
- Layihə mərhələləri üzrə icra göstəricilərini izləmək, məlumatları təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
- Layihə sənədlərinin, monitorinq qeydlərinin, icra aktlarının və hesabatların düzgün aparılmasını təmin etmək;
- Monitorinq nəticələrinə əsasən təkmilləşdirmə təklifləri hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihə üzrə istifadə olunan avadanlıq və resursların vəziyyətini izləmək, onların qorunmasına və düzgün istismarına nəzarət etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və gigiyena qaydalarına riayət etmək;
- Müxtəlif lokasiyalarda layihələrin monitorinqini həyata keçirməyə və ezamiyyətlərdə iştirak etməyə hazır olmaq.
Tələblər
- İnformasiya texnologiyaları, telekommunikasiya, layihələrin idarə olunması və ya əlaqəli sahələr üzrə ali, peşə və ya orta ixtisas təhsili;
- IT layihələrinin icrası, monitorinq sistemləri və ya texniki layihələrin koordinasiyası sahəsində minimum 2 il iş təcrübəsi;
- Layihələrin idarə olunması və monitorinq prinsipləri üzrə biliklər;
- IP CCTV, NVR, video analitika, LIDAR və digər monitorinq sistemləri üzrə iş təcrübəsi;
- Zəif cərəyan sistemləri (kamera, sensor və s.) üzrə texniki biliklər;
- Sistem və şəbəkə testlərinin tətbiqi üzrə təcrübə;
- MS Office proqramları ilə sərbəst işləmək və hesabat hazırlamaq bacarığı;
- Orta səviyyədə ingilis dili biliyi;
- Analitik düşüncə, planlaşdırma, koordinasiya və problem həll etmə bacarıqları;
- Yüksək ünsiyyət bacarıqları və komanda ilə işləmək qabiliyyəti;
- Sürücülük vəsiqəsinin olması;
- Səyahət məhdudiyyətinin olmaması və sahə şəraitində işləməyə hazır olmaq.