İT mütəxəssisi
О должности
Qarabağ Dirçəliş Fondu İT mütəxəssisi vəzifəsinə vakansiya elan edir
Qarabağ Dirçəliş Fondu İnformasiya texnologiyaları şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsi üzrə işə qəbul elan edir.
İT sahəsi üzrə təhsil alan və iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
Verilmiş dizaynın HTML 5, CSS 3, Javscript (ES8 və daha yeni) və digər müasir texnologiyaların istifadəsi ilə kodlaşdırılması;
Kodlaşdırılmış saytı proqram təminatına geyindirilməsi (templeytinq, twig);
Mövcud veb layihələrə texniki və məzmun idarə edilməsi dəstəyi;
Saytın kontent hissəsinin ümumi dizayn konseptinə adaptasiyası;
Veb-də istifadə edilən şəkil formatları ilə iş və onların optimizasiya edilməsi;
Mövcud və yeni hazırlanacaq saytların yeni texnologiyalara uyğunlaşdırılması, minimum 2 il istifadədə olan səyyah versiyaları saytın adaptasiyası və optimizasiyası;
Mövcud və yeni hazırlanacaq saytların sürətli açılması üçün məzmunun, istifadə edilən kitabxanaların və keşin optimizasiyası. Google Pagespeed və digər alətlərdə yüksək reytinq yığmasına nail olmaq;
Saytın axtarış sistemlərində ilk sıralarda çıxması üçün dəyişikliklərin edilməsi;
Təhsil:
Ali təhsil – bakalavr (mütləq), magistr (arzuolunan)
Qeyd: İT sahəsi üzrə təhsil alan namizədlərə üstünlük veriləcək.
Birbaşa linkə daxil ol və müraciət et - https://qdf.gov.az/media-merkezi/vakansiyalar/21-Informasiya-texnologiyalari-shobesinin-aparici-mutexessisi.html