İT servis mütəxəssisi
О должности
Şirkət: “Yeni Texnologiyalar” MMC
İş yeri: Bakı şəhəri, 28 May ərazisi
İş qrafiki: B.e.–Cümə 09:00–18:00, Şənbə 09:00–16:00
Əməkhaqqı: 1000–1200 AZN + əlavə bonuslar
İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali və ya orta ixtisas təhsili
İş barədə məlumat
“Yeni Texnologiyalar” MMC korporativ müştərilərə kompleks İT servis və texniki dəstək xidmətlərinin göstərilməsi üçün İT servis mütəxəssisi axtarır.
Mütəxəssis kompüter, şəbəkə, printer, ofis avadanlıqları, IP kamera və videomüşahidə sistemlərinin quraşdırılması, sazlanması, diaqnostikası və texniki xidmətini həyata keçirəcək.
Üstünlük veriləcək biliklər
- Active Directory üzrə ilkin biliklər;
- Girişə nəzarət və kart sistemləri ilə işləmək təcrübəsi;
- Korporativ müştərilərə texniki xidmət göstərmək təcrübəsi;
- Printer və kartriclər üzrə texniki biliklər;
İş şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Korporativ müştərilər və müxtəlif İT avadanlıqları ilə işləmək imkanı;
- Peşəkar inkişaf və praktiki biliklərin artırılması imkanı;
- İş üçün zəruri alət və texniki vasitələrlə təminat.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT servis mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya +994 50 408 77 87 nömrəsinin WhatsApp tətbiqinə göndərə bilərlər.
Öhdəliklər
- Kompüter və İT avadanlıqlarında yaranmış texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
- Masaüstü kompüterlərin və noutbukların diaqnostikası, təmiri və texniki xidməti;
- Windows əməliyyat sistemlərinin, drayverlərin və standart proqram təminatlarının quraşdırılması;
- Microsoft Office, Outlook və digər ofis proqramlarının sazlanması;
- Kompüterlərin formatlanması, məlumatların ehtiyat nüsxəsinin yaradılması və bərpası;
- Printer, çoxfunksiyalı printer, skaner və digər ofis avadanlıqlarının quraşdırılması və sazlanması;
- Printerlərin şəbəkəyə qoşulması, çap və skan problemlərinin aradan qaldırılması;
- Lokal şəbəkənin qurulması və mövcud şəbəkədə yaranan nasazlıqların müəyyən edilməsi;
- Router, switch, access point və Wi-Fi avadanlıqlarının sazlanması;
- Şəbəkə kabellərinin çəkilməsi, RJ45 konnektorlarının vurulması və kabel xətlərinin test edilməsi;
- TCP/IP, DHCP və DNS ilə bağlı ilkin səviyyəli problemlərin aradan qaldırılması;
- IP kamera və videomüşahidə sistemlərinin quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
- DVR və NVR cihazlarının quraşdırılması və sazlanması;
- Kameraların lokal şəbəkəyə və uzaqdan izləmə sistemlərinə qoşulması;
- Uzaqdan qoşulma vasitəsilə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyətin qurulması;
- Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- İT servis, texniki dəstək və ya Helpdesk sahəsində minimum 2 il iş təcrübəsi;
- Kompüter və noutbukların aparat təminatı üzrə yaxşı biliklər;
- Ana plata, prosessor, RAM, HDD, SSD, enerji bloku və digər komponentlərin diaqnostikasını aparmaq bacarığı;
- Windows 10 və Windows 11 əməliyyat sistemləri üzrə yaxşı biliklər;
- Microsoft Office və Outlook proqramlarının quraşdırılması və sazlanması bacarığı;
- Printer, skaner və çoxfunksiyalı ofis avadanlıqları ilə işləmək təcrübəsi;
- Lokal şəbəkələr, TCP/IP, DHCP, DNS, LAN və Wi-Fi üzrə biliklər;
- Router, switch və access point avadanlıqları ilə işləmək bacarığı;
- RJ45 konnektorlarının vurulması və şəbəkə kabellərinin test edilməsi bacarığı;
- IP kamera və videomüşahidə sistemlərinin quraşdırılması üzrə praktiki iş təcrübəsi;
- DVR, NVR və IP kameraların sazlanmasını bilmək;
- Videomüşahidə sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
- Rus dili biliyi arzuolunandır;
- İngilis dilində texniki sənədləri oxumaq bacarığı üstünlükdür;
- Məsuliyyətli, intizamlı, punktual və nəticəyönümlü olmaq;
- Komandada və müstəqil işləmək bacarığı;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət etikası qaydalarına riayət etmək.