Decoliv IT Şöbə Müdiri
Опубликовано 12 ч. назад Источник ↗
Категория ИТ
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Böyüyən komandamıza IT Şöbə Müdiri axtarırıq!
IT infrastrukturunun fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edəcək peşəkar rəhbər axtarırıq. Əgər liderlik bacarıqlarınız güclüdür və İT sahəsində strateji yanaşmaya maliksinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Əsas vəzifələr:
- Biznes və funksional bölmələr üçün IT strategiyalarını hazırlamaq və fəaliyyət planları qurmaq;
- Lokal texniki dəstək proseslərinin və proqram təminatının lisenziyalaşdırılmasını təşkil etmək;
- İnformasiya təhlükəsizliyinin beynəlxalq IT standart və prosedurlarına uyğunluğuna nəzarət etmək;
- IT sistemləri və əməliyyatları üzrə daxili təlimatlar hazırlamaq və yeniləmək;
- İstifadəçilərin texniki ehtiyaclarının təhlili, IT kommunikasiyasının təşkili və biznes bölmələrinə dəstək göstərmək;
- Server, şəbəkə, kompüter və digər IT avadanlıqlarını quraşdırmaq, idarə etmək və fasiləsiz işləməsini təmin etmək;
- Texniki nasazlıqları operativ aradan qaldırmaq, backup sistemlərini idarə etmək və məlumatların bərpasına nəzarət etmək;
- Korporativ Helpdesk komandası ilə birlikdə sistemləri yeniləmək və yenidən quraşdırma proseslərini təşkil etmək;
- İşçi heyəti üçün IT sistemləri və proqram təminatı üzrə təlim və məsləhət xidmətlərini təşkil etmək;
- Yeni ofislər və biznes vahidlərinin açılışı zamanı IT infrastrukturunun qurulmasını təmin etmək;
- IT vendorları və outsorsinq tərəfdaşları ilə əməkdaşlığı idarə etmək;
- Müntəzəm backup proseslərinin icrasına və məlumatların təhlükəsiz saxlanılmasına nəzarət etmək.
- Şöbə işçilərinə verilən tapşırıqları yerinə yetirmək üçün iş bölgüsünü həyata keçirmək;
- Şöbə büdcəsini idarə etmək, avadanlıq və işçilər üçün xərcləri izləmək;
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizəddən gözləntilər:
- İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
- IT sahəsində minimum 3 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi;
- Server, şəbəkə infrastrukturu, Microsoft mühitləri, virtualizasiya və informasiya təhlükəsizliyi üzrə biliklər;
- ITIL4 Foundation Beynəlxalq Sertifikat olması üstünlükdür;
- ISO 27001 və digər beynəlxalq IT standartları haqqında məlumat;
- Layihələrin və IT vendorlarının idarə olunması təcrübəsi;
Biz nə təklif edirik
- Rəqabətli əməkhaqqı;
- Nahar və servis təminatı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Müraciət etmək üçün CV-nizi "IT Şöbə Müdiri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
D 

Decoliv
Topdansatış və pərakəndə ticarət
Decoliv – müştərilərə zövqlü interyer və dekorativ əşyalar , mətbəx və ev aksesuarları , həmçinin sezon və hədiyyəlik məhsullar təqdim edən yerli retail konseptidir. Şirkət Veysəloğlu Şirkətlər Qrupu…