OKİ Hospital İT üzrə mütəxəssisi
О должности
OKİ Hospital "İT üzrə mütəxəssis" vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə);
İT sahəsində minimum 2 il iş təcrübəsi;
Kompüter və periferiya avadanlıqlarının quraşdırılması və texniki dəstəyi üzrə biliklər;
Windows əməliyyat sistemləri və ofis proqramları ilə işləmək bacarığı;
Lokal şəbəkələrin (LAN/Wi-Fi) qurulması və idarə olunması üzrə biliklər;
Məsuliyyətli, operativ və komandada işləmək bacarığı;
Azərbaycan dili biliyi (rus dili arzuolunandır).
İş vəzifələri:
Kompüter və ofis avadanlıqlarının texniki dəstəyinin göstərilməsi;
Şəbəkə və internet bağlantılarının fasiləsiz fəaliyyətinin təmin edilməsi;
İstifadəçilərin müraciətlərinin operativ şəkildə həll edilməsi;
Proqram təminatlarının quraşdırılması və yenilənməsi;
Məlumatların təhlükəsizliyinin təmin edilməsində iştirak.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
Əmək haqqı müsahibə zamanı razılaşdırılacaqdır.
Vakansiya ilə maraqlanan namizədlər Subject/Mövzu hissəsində müraciət olunan vəzifənin adını qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün (050) 767-60-08 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
