Supertoys Kadr və əməliyyatlar üzrə mütəxəssis (Sənədləşmə və Davamiyyət Prosesi üzrə)
Опубликовано 16 ч. назад Источник ↗
Категория HR
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Supertoys MMC “Kadr və əməliyyatlar üzrə mütəxəssis” vakansiyası elan edir!
Vəzifə öhdəlikləri:
- Əmək müqavilələrinin hazırlanması
- Əmək qanunvericiliyinə uyğun əmrlərin və sərəncamların tərtib olunması
- İcbari sənədləşmə işlərinin icrası və müvafiq daxili prosedurların yerinə yetirilməsi
- Məzuniyyət, davamiyyət, gecikmə və qrafiklərin idarə olunması
- Şəxsi işlərin və elektron HR bazasının aparılması
- Kadr hesabatlarının və cədvəllərin hazırlanması
Tələblər:
- Ali təhsil
- Kadr əməliyyatları sahəsində minimum 1 il təcrübə
- Əmək Məcəlləsini yaxşı bilmək
- Diqqətli, məsuliyyətli və sistemli işləmə bacarığı
- MS Office və HR proqramları ilə işləmə bacarığı
Şirkət tərəfindən təminatlar:
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun iş rejimi
- Peşəkar inkşaf və təlim imkanları
- Stabil və Mehriban iş mühiti
- Davamlı inkişaf və təcrübə mübadiləsi imkanları
- Korporativ mədəniyyət və dəstəkçi komanda
İş yeri: Sədərək TM Ofis
Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Kadr və əməliyyatlar üzrə mütəxəssis yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
S 

Supertoys
Topdansatış və pərakəndə ticarət
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda…