WMI
World Metal Industry

Kargüzar

Опубликовано 1 дн. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
HR

О должности

World Metal Industry komandamıza qoşulacaq məsuliyyətli və diqqətli xanım Kargüzar axtarır.

Vəzifə öhdəlikləri:

  • Daxil olan və göndərilən sənədlərin qeydiyyatının və uçotunun aparılması;
  • Rəsmi məktub, arayış, müraciət və digər sənədlərin hazırlanması;
  • Sənədlərin sistemləşdirilməsi, arxivləşdirilməsi və saxlanılmasının təşkili;
  • Dövlət qurumları və digər təşkilatlarla rəsmi yazışmaların aparılması;
  • Müqavilə, əmr və digər sənədlərin dövriyyəsinin təşkili;
  • Daxil olan sorğuların aidiyyəti üzrə yönləndirilməsi və icrasının izlənilməsi;
  • Telefon zənglərinin, elektron məktubların və digər müraciətlərin cavablandırılması;
  • Rəhbərliyin tapşırıqlarına uyğun inzibati işlərin yerinə yetirilməsi;
  • Ofisdaxili sənəd dövriyyəsinin düzgün təşkili və nəzarətdə saxlanılması.

Tələblər:

  • Ali təhsil;
  • Diqqətli, məsuliyyətli və operativ olmaq;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Sənədlərlə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı.

Üstünlük hesab olunur:

  • Kargüzarlıq və ya sənədlərlə iş sahəsində təcrübə;
  • Elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Universiteti yeni bitirmiş, gənc və öyrənməyə açıq namizədlərə üstünlük verilir.

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə 10:00–19:00, Şənbə 10:00–14:00;
  • Karyera inkişafı imkanı;
  • Mehriban iş mühiti;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.

Qeyd: Vakansiya üzrə yalnız xanım namizədlərin müraciəti nəzərdə tutulur.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kargüzar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: