Kartric Ustası
Опыт 1–3 года
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Kartric dolumu üzrə usta
Şirkət: “Yeni Texnologiyalar” MMC
İş yeri: Bakı şəhəri, 28 May
Əməkhaqqı: 600–800 AZN
İş qrafiki:
- Bazar ertəsi–cümə: 09:00–18:00
- Şənbə: 09:00–16:00
- Bazar günü: istirahət günü
İş barədə məlumat
“Yeni Texnologiyalar” MMC printer kartriclərinin dolumu, təmiri və texniki xidməti sahəsində çalışacaq təcrübəli Kartric dolumu üzrə usta axtarır.
İş şəraiti
- Əməkhaqqı namizədin bilik və iş təcrübəsindən asılı olaraq 600–800 AZN təşkil edir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
- Stabil və uzunmüddətli iş imkanı;
- İş üçün tələb olunan avadanlıq və materiallarla təminat;
- Peşəkar və mehriban kollektivdə işləmək imkanı.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kartric Ustası” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya +994 50 408 77 87 nömrəsinə WhatsApp vasitəsilə göndərə bilərlər.
Öhdəliklər
- Ağ-qara və rəngli lazer printer kartriclərinin düzgün şəkildə sökülməsi, təmizlənməsi və toner ilə doldurulması;
- Rəngli kartriclərdə uyğun toner rənginin düzgün seçilməsi və rənglər qarışdırılmadan dolumun həyata keçirilməsi;
- Kartriclərin texniki vəziyyətinin yoxlanılması və nasazlıqların müəyyən edilməsi;
- Baraban, maqnit valı, dozalama bıçağı, rezin val, çip və digər hissələrin dəyişdirilməsi;
- Dolum və təmirdən sonra kartriclərin printerdə test edilməsi;
- Çap keyfiyyəti, rəng ötürülməsi, ləkə, xətt və fon problemlərinin müəyyən edilməsi və aradan qaldırılması;
- HP, Canon, Brother, Samsung, Xerox, Kyocera və digər markalara aid kartriclərlə işləmək;
- Kartric modelinə uyğun toner və ehtiyat hissələrinin düzgün seçilməsi;
- Görülmüş işlərin və istifadə edilmiş ehtiyat hissələrinin qeydiyyatının aparılması;
- İş yerində təmizlik və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi.
Tələblər
- Kartric dolumu və təmiri sahəsində minimum 1 il iş təcrübəsi;
- Ağ-qara və rəngli kartriclərin dolumunu düzgün və keyfiyyətli şəkildə həyata keçirmək bacarığı;
- Lazer printer kartriclərinin quruluşu və işləmə prinsipi barədə bilik;
- Kartriclərdə yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
- Toner, baraban, çip və digər ehtiyat hissələri ilə işləmə təcrübəsi;
- Texniki alətlərdən düzgün istifadə bacarığı;
- Məsuliyyətli, diqqətli və səliqəli olmaq;
- Komandada işləmək bacarığı;
- Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
N 
NewTech