Kassir (Gəncə)
Опубликовано 2 дн. назад Источник ↗
Категория Клиентский сервис
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
- Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.
Tələblər
- Ali təhsil;
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office programları üzrə biliklərə malik olmalı;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
KH 
Kontakt Home
Topdansatış və pərakəndə ticarət
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…