AF
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Здравоохранение
О должности
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəlikləri:
- İstehsal prosesində və hazır məhsullar üzərində keyfiyyətə nəzarətin həyata keçirilməsi;
- Xammal, qablaşdırma materialları və hazır məhsulların müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması;
- Məhsul keyfiyyəti ilə bağlı laborator və ya vizual yoxlamaların aparılması;
- Uyğunsuzluqların aşkar edilməsi, qeydə alınması və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Keyfiyyət göstəricilərinin monitorinqi və müvafiq hesabatların hazırlanması;
- İstehsal sahəsində sanitariya, gigiyena və keyfiyyət standartlarına riayət olunmasına nəzarət edilməsi;
- Donuq məhsulların istehsalı, saxlanması və daşınması proseslərində keyfiyyət və qida təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək;
- Yeni məhsullar üzrə sınaq istehsallarında iştirak etmək, məhsulun keyfiyyət göstəricilərini qiymətləndirmək və nəticələri sənədləşdirmək;
- Donuq məhsullar üçün kritik nəzarət nöqtələrinin (CCP) monitorinqini həyata keçirmək;
- Temperatur rejimlərinin və soyuq zəncir tələblərinin düzgün tətbiqinə nəzarət etmək;
- Yeni layihə çərçivəsində hazırlanmış məhsulların spesifikasiyalarının, keyfiyyət standartlarının və texnoloji tələblərinin tətbiqində iştirak etmək;
- Layihə üzrə xammal, yarımfabrikat və hazır məhsulların keyfiyyət göstəricilərinin yoxlanılmasını təmin etmək;
- Donuq məhsulların saxlanma müddəti (shelf-life) və keyfiyyət stabilliyi ilə bağlı yoxlamalarda iştirak etmək;
- Yeni layihə ilə əlaqədar keyfiyyət risklərinin müəyyənləşdirilməsi və preventiv tədbirlərin hazırlanmasında iştirak etmək;
- Daxili audit və yoxlamalarda iştirak etmək;
- Keyfiyyət idarəetmə sistemi üzrə sənədlərin hazırlanması və yenilənməsində iştirak etmək;
- Məhsulun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı təkliflər vermək;
- Şikayətlərin araşdırılması və korrektiv tədbirlərin icrasında iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil (Qida mühəndisliyi, Kimya, Biologiya, Biotexnologiya, Standartlaşdırma və sertifikatlaşdırma və ya digər uyğun ixtisaslar üzrə);
- Keyfiyyətə nəzarət və ya keyfiyyət təminatı sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, ISO 22000, HACCP və s.) üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
İş Qrafiki:
- 5 günlük qrafik
- İş saatları: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Keyfiyyət üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.