İC
İDG Construction MMC
Keyfiyyətə nəzarət üzrə mütəxəsis
Опубликовано 1 дн. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
₼1,500+
- Категория
- Финансы
О должности
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
- Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
- Əmək haqqı 1500 – 1800 AZN (təcrübəyə görə dəyişir)
Vəzifə öhdəlikləri:
- Tikinti və ya istehsalat proseslərində keyfiyyət standartlarına nəzarət
- Layihə keyfiyyət sənədləri (MAR, MS, NFI və s.) hazırlamaq və yeniləmək
- Keyfiyyət planlaması sənədlərinin hazırlanması
- Görülən işlərin layihə və texniki tələblərə uyğunluğunun yoxlanılması
- Materialların və iş proseslərinin keyfiyyətinin monitorinqi
- Keyfiyyət yoxlamaları və auditlərin aparılması
- Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin görülməsi
- Keyfiyyət hesabatlarının hazırlanması və sənədləşdirilməsi
Tələblər:
- Mühəndislik və ya əlaqəli texniki sahə üzrə təhsil
- Texniki sənədlər və layihələrlə işləmə bacarığı
- Keyfiyyətə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi
- Detallara diqqət və məsuliyyətlilik
- Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşünmə və müqayisəli təhlil bacarığı
- Komandada işləmək bacarığı
Üstünlüklər:
- Tikinti layihələrində QC təcrübəsi
- Keyfiyyət standartları (ISO və s.) üzrə bilik
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəsis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.