Mətanət A Şirkətlər Qrupu Keyfiyyətin idarə olunması üzrə mütəxəssis
Режим работы Полная занятость Опыт Более 5 лет
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Proses sahibləri ilə birlikdə şirkətin bütün şöbələri üçün mətn formatında prosedurların və reqlamentlərin yazılması;
- Biznes proseslərin əyani şəkildə göstərilməsi üçün blok-sxemlərin və addım-addım alqoritmlərin (Visio/BPMN) tərtib edilməsi;
- İş gedişatında əməkdaşların doldurmalı olduğu hesabat, akt, yoxlama siyahısı (checklist) və qeydiyyat jurnallarının şablonlarının layihələndirilməsi;
- Proseslər dəyişdikdə şöbələrdən rəylərin toplanması, qüvvədə olan təlimatların optimallaşdırılması və onlara düzəlişlərin edilməsi;
- İş yerlərinin, istehsalat xətlərinin və ofis proseslərinin təsdiq olunmuş təlimatlara tam uyğunluğunun müntəzəm auditi;
- Əməkdaşlar tərəfindən işçi formaların, jurnalların və yoxlama siyahılarının düzgün, dolğun və vaxtında aparılmasının yoxlanılması;
- İstənilən uyğunsuzluqların (faktiki işin prosedurda yazılanlardan fərqləndiyi halların) aşkarlanması və ətraflı sənədləşdirilməsi;
- Qaydalar pozulduqda bunun səbəbinin araşdırılması — pozuntunun əməkdaşların səhlənkarlığından, yoxsa prosedurun köhnəlməsindən qaynaqlandığının müəyyən edilməsi;
- Aşkarlanmış pozuntuların kritiklik dərəcəsini və onların aradan qaldırılması üçün tövsiyələri əks etdirən ətraflı hesabatların keyfiyyətin təminatı (QA) şöbəsinin rəhbərinə təqdim edilməsi;
Tələblər
- Ali təhsil (Magistr arzuolunandır);
- Keyfiyyət sahəsində minimum 2 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
- Sertifikatlar: ISO 9001;
- MS Office (Visio, Excel, Word, PowerPoint və Outlook), Süni İntellekt üzrə sərbəst işləmə bacarığına malik olmalı;
- Ölkədaxili ezamiyyət imkanları.
Şəxsi keyfiyyətlər:
- Problem həll etmə qabiliyyəti;
- Çeviklik, uyğunlaşma;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşma;
- Nəticəyə fokuslanma;
- Məlumat alma bacarığı, tələbkarlıq.
İş şəraiti:
- 5 günlük
- İstirahət şənbə və bazar günü
- Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Şəhərin mərkəzində ofis;
- Bonus sistemi
- Dinamik və gənc komanda ilə iş imkanı.
MAŞ 

Mətanət A Şirkətlər Qrupu
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib…