Deluxe Park Gusar Resort&SPA Kiçik Mühasib (Otel/Restoran Təcrübəli)
О должности
İş şəraiti
Ünvan: Qusar rayonu
İş qrafiki: 5 günlük iş həftəsi
Əməkhaqqı: Müsahibə əsasında
İşin Təsviri və Öhdəliklər:
Restoran və otel üzrə gündəlik kassa hesabatlarının yoxlanılması və daxili proqramlara işlənməsi;
Tədarükçülərdən (postavşiklərdən) gələn qaimə-fakturaların daxil edilməsi və qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi;
Anbar daxilolmaları, silinmələr və inventarizasiya (sayım) nəticələrinin mühasibatlıq proqramında əks olunması;
İlkin mühasibat sənədlərinin (mədaxil-məxaric orderləri, hesabatlar və s.) qaydaya salınması və arxivlənməsi;
Baş mühasibin və ya maliyyə menecerinin verdiyi digər cari tapşırıqların yerinə yetirilməsi.
Namizədə Dair Tələblər:
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində ali/orta ixtisas təhsili;
Otel və ya restoran sferasında mühasib köməkçisi / kiçik mühasib / anbar mühasibi olaraq ən azı 1 il iş təcrübəsi;
1C (8.3 versiyası) və MS Excel proqramlarında sərbəst işləmək bacarığı (Otel/restoran idarəetmə proqramları bilikləri üstünlükdür);
Riyazi hesablama aparma, analitik düşünmə və rəqəmlərlə diqqətli işləmək qabiliyyəti;
Komandada işləmək bacarığı, məsuliyyətlilik və dürüstlük.
Biz Nə Təklif Edirik?
Şirkət tərəfindən yaşayış yeri (qalmağa yer) təminatı;
Şirkət hesabına gündə 3 dəfə qidalanma;
Güclü maliyyə komandası daxilində peşəkar təcrübə qazanmaq və yüksəlmək imkanı.
Qusar rayon mərkəzindən servis
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə "Kiçik Mühasib" yazmaqla və əməkhaqqı gözləntilərini qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
