AIMC (Azerbaijan International Mining Company)AIMC (Azerbaijan International Mining Company)

Kimyəvi Analiz Laborantı

Опубликовано 18 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
1 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri:

  • Laboratoriyaya daxil olan nümunələri qəbul etmək, qeydiyyata almaq və analiz üçün hazırlamaq;
  • Kimyəvi analizlər üçün istifadə olunan cihaz, avadanlıq və laboratoriya ləvazimatlarını hazırlamaq, kalibrləmək və işlək vəziyyətdə saxlamaq;
  • Laboratoriya avadanlıqlarının (tərəzilər, pH metrlər, dozatorlar, qarışdırıcılar, büretlər və s.) işlək vəziyyətini yoxlamaq, nasazlıqları aidiyyəti şəxslərə bildirmək;
  • Cihazların, avadanlıqların və laboratoriya sahəsinin təmizliyini və səliqəsini təmin etmək;
  • Kimyəvi reagentlərin mövcudluğunu nəzarətdə saxlamaq, çatışmazlıq yarandıqda aidiyyəti üzrə məlumat vermək;
  • Müxtəlif istehsal sahələrindən daxil olan siyanid tərkibli torpaq nümunələrinin kimyəvi analizlərini aparmaq;
  • Qiymətli metalların analizi üçün nümunələri müvafiq kimyəvi reagentlərdən istifadə etməklə hazırlamaq;
  • Analiz nəticələrini hesablamaq, qeydiyyata almaq və laboratoriya mühəndisinə təqdim etmək;
  • Kimyəvi maddələrin təhlükəsiz istifadəsi, saxlanılması və utilizasiyası qaydalarına ciddi riayət etmək;
  • Laboratoriyaya daxil olan reaktivlərin və digər materialların qəbulunda, daşınmasında və yerləşdirilməsində iştirak etmək;
  • Komanda üzvləri ilə əməkdaşlıq etmək, növbənin fasiləsiz davamlılığını təmin etmək və zərurət yarandıqda qarşılıqlı dəstək göstərmək;
  • Laboratoriyada yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən və vəzifəyə uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Kimya, Kimya Mühəndisliyi, Biologiya, Biotexnologiya, Mikrobiologiya, Kimya Müəllimliyi, Biologiya Müəllimliyi, Torpaqşünaslıq və Aqrokimya, Laboratoriya işi və ya əlaqəli sahə üzrə ali təhsil; 
  • İş təcrübəsi arzuolunandır.
  • Kimyəvi analizlər və laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
  • Kimyəvi maddələrlə təhlükəsiz işləmə qaydaları üzrə biliklər;
  • Komanda ilə işləmək və növbəli iş rejimində fəaliyyət göstərmək bacarığı;
  • Namizədlərin Gədəbəy, Qarabağ bölgəsi və yaxın bölgələrdən olması arzuolunandır;
  • Məcburi köçkünlərə üstünlük veriləcəkdir;

İş şəraiti və şərtləri:

  • İş yeri: Gədəbəy və Ağdərə (Dəmirli)
  • İş qrafiki: Növbəli iş qrafiki

Biz təklif edirik?

  • Gədəbəy və Ağdərə (Dəmirli) iş sahələri üzrə yaşayış və qidalanma təminatı; 
  • Tibbi sığorta;
  • Rəqabətqabiliyyətli əməkhaqqı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kimyəvi Analiz Laborantı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

AIMC (Azerbaijan International Mining Company)
AIMC (Azerbaijan International Mining Company)

1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti Azərbaycanın ən böyük qızıl, mis və gümüş hasilatı şirkətlərindən biridir. Şirkət ölkə üzrə ümumi sahəsi 2 400…

Похожие вакансии

Смотреть все