Korporativ hüquq şöbəsinin aparıcı məsləhətçisi
Режим работы Полная занятость Опыт 1–3 года Категория Юриспруденция
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Normativ hüquqi akt layihələrini təşəbbüs və ya tapşırıq qaydasında hazırlamaq, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlara uyğunluğunu yoxlamaq, habelə hüquqi ekspertizasını həyata keçirmək
- Dövlət orqanlarından (qurumlarından) vizalanma, ilkin və təkrar razılaşdırılma üçün göndərilən normativ hüquqi akt layihələrini hüquqi analiz edərək, rəy və təkliflər hazırlamaq
- “Normativ hüquqi aktlar” informasiya sisteminə (NAİS) normativ hüquqi akt layihələrini daxil etmək, icraatda olan layihələrin razılaşdırılma və vizalanma proseslərini izləmək və onların icra vəziyyətinə nəzarət etmək
- Normativ hüquqi akt layihələri ilə bağlı yerli qanunvericiliyi analiz etmək, çatışmazlıq və boşluqları müəyyən etmək, habelə xarici ölkələrin təcrübəsini öyrənmək və milli qanunvericiliklə beynəlxalq qanunvericiliyi müqayisəli şəkildə təhlil etmək
- TƏBİB-in fəaliyyətinə birbaşa və ya dolayı təsir edən hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək və yeniliklər barədə məlumat vermək
- TƏBİB-in struktur bölmələrindən, tabeli müəssisələrdən, vətəndaşlardan, dövlət və qeyri-dövlət orqanları (qurumları), müəssisə, idarə və təşkilatlarından göndərilmiş müraciət və sorğuları, habelə digər hüquqi məsələləri tam, vaxtında və obyektiv araşdırmaq, təhlil etmək və müvafiq cavab məktubunu tərtib etmək
- Daxili normativ sənədlərin (təlimat, qayda, əsasnamə və s.) layihələrini hazırlamaq, hüquqi ekspertizasını həyata keçirmək
- TƏBİB-in fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər vermək, arayış və rəylər hazırlamaq
Xüsusi tələblər
- Ali təhsil: Hüquq sahəsi üzrə ali təhsil
- İş təcrübəsi: Hüquq sahəsi üzrə 2 il
- Komputer biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Sahə üzrə sertifikatların olması arzuolunandır
- Dil bilikləri: İngilis dili arzuolunandır
- Komandada işləmə
- Məsuliyyətlilik, dürüstlük, çeviklik
- Analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük
- Səlis və işgüzar ünsiyyət bacarığı
- Məxfilik prinsiplərinə riayət edilməsi
T 
TƏBİB