Korporativ Satış üzrə Məsul Şəxs
О должности
İş yeri: Sapphire Bayıl Hotel
Vəzifə öhdəlikləri:
Hotellər üçün korporativ satışların inkişaf etdirilməsi və artırılması;
Korporativ müştərilər və səyahət agentlikləri ilə güclü və uzunmüddətli əlaqələrin qurulması və qorunması;
Yeni korporativ hesabların müəyyən edilməsi və cəlb edilməsi, mövcud müştərilərlə əməkdaşlığın aktiv saxlanılması;
Satış hesabatlarının hazırlanması və bazar təhlilində iştirak;
Marketinq və rezervasiya komandaları ilə koordinasiyalı şəkildə işləyərək müştəri məmnuniyyətinin təmin olunması.
Namizədə tələblər:
Qonaqpərvərlik sahəsində korporativ satış təcrübəsi;
Müştəri yönümlü yanaşma, ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Satış strategiyalarının hazırlanması və həyata keçirilməsi üzrə bilik və bacarıq;
Analitik düşüncə, planlaşdırma və nəticə yönümlü iş prinsipi;
MS Office və CRM proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dili səlis, həmçinin Rus və İngilis dillərində yazılı və şifahi yüksək ünsiyyət bacarığı.
İş şəraiti:
İş rejimi 5 günlük;
İş saatları: 09:00-18:00;
Vəzifə üzrə əmək haqqı: 1000-1200 AZN.
Təminatlar:
Şirkət tərəfindən nahar təminatı;
Xidməti telefon və mobil nömrə.
Müraciət qaydası: CV-nizi mövzu hissədə “Korporativ Satış üzrə Məsul Şəxs” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir.