PB PASHA BankPASHA Bank

Korporativ satış üzrə Müştəri meneceri

Bakı Опубликовано 2 ч. назад Источник
Полная занятость Продажи
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

  • Məhsul(ların) penetrasiyasından (satışından), gəlirlikdən və müştəri məmnunluğunun artırması nəticəsində portfelin böyüməsini təmin etmək;
  • Müştəri əlaqələrinin genişləndirilməsi və mövcud portfelin optimal şəkildə saxlanması, yeni biznesləri cəlb etmək;
  • Müştəri ilə əməkdaşlıq səviyyəsinin (penetration rate) və Bank (müştəridə) payını (share of wallet) artırmaq;
  • Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlər qurmaq;
  • Bankın brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;
  • Müştəri sorğuların vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlər görmək;
  • Bankın və müştərilərin məlumatlarının məxfiliyin qorunmasını təmin etmək;
  • Müştəri kredit və ya digər Bank məhsulu üzrə müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq, qaydalara və qanunvericiliyə uyğun olaraq təkliflərin verilməsi;
  • Kreditlərin geri ödənilməsinə nəzarət etmək (bankın daxili prosedurlarına uyğun olaraq davranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);
  • Müştərilərə fərqlı və xüsusi məhsul və xidmətlərini təklif etmək üçün Skvod daxilində və xaricində əməkdaşları ilə əməkdaşlıq etmək;
  • Skvod üzvlərinin işində dəstək göstərmək;
  • Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək;
  • İştirak etdiyi qərarvermə səlahiyyətinə malik struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv olan hər bir əməkdaş tərəfindən əmək funksiyalarının və icra intizamının lazımı qaydada yerinə yetirilməsinə nəzarət etmək və hər hansı mənfi hal (komplayns siyasətinə, etik davranış qaydalarına, daxili qaydalara və qanunvericiliyə uyğun olmayan) ona məlum olduqda bu barədə aidiyyəti funksiyanı və ya yuxarı rəhbərini məlumatlandırmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): 2-3 il;
  • Dil bilikləri: İngilis, Rus;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank məhsulları;
  • Bazar üzrə biliklər: Skvod sahə(ləri) üzrə, bank məhsulları.
PB PASHA Bank
PASHA Bank
Maliyyə və sığorta fəaliyyəti

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə…

Похожие вакансии

Смотреть все
Откликнуться