Referans CLC Korporativ Satış üzrə Mütəxəssis (Tibbi Xidmətlər)
Опубликовано 20 ч. назад Источник: jobsearch.az ↗
Категория Клиентский сервис
О должности
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin cəlb edilməsi və satış imkanlarının müəyyənləşdirilməsi.
- Mövcud korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi.
- Təyin olunmuş korporativ müştərilər üzrə kurator funksiyasının icra edilməsi, müntəzəm əlaqələrin saxlanılması.
- Müştəri ehtiyaclarının təhlili və uyğun tibbi xidmətlərin təklif olunması.
- Müqavilələrin hazırlanması, danışıqların aparılması və icrasına nəzarət.
- Korporativ satış hədəflərinin yerinə yetirilməsi və gəlirliliyin artırılması istiqamətində fəaliyyət göstərilməsi.
- Mövcud tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların yaradılması.
- Müştəri məmnuniyyətinin təmin edilməsi və daxil olan müraciətlərin operativ həllinə dəstək göstərilməsi.
- Bazarın, rəqiblərin və korporativ müştəri ehtiyaclarının mütəmadi təhlil edilməsi.
- Görülən işlər və satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı 1000-1500 AZN;
Namizəd üçün tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Marketinq və ya digər uyğun ixtisaslar üzrə);
- Korporativ satış, müştəri əlaqələri və ya biznesin inkişafı sahəsində ən azı 1–3 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis,Rus dili səlis,İngilis dilini bilmək üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat, danışıqların aparılması və müştəri yönümlülük bacarıqları;
- Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Referans CLC
İnsan sağlamlığı və sosial xidmətlər
Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. Bizim əsas məqsədimiz əhaliyə beynəlxalq…