Alpino Doors Gallery Korporativ Satış və Layihələrin İdarə Edilməsi üzrə Menecer
Опубликовано 20 ч. назад Источник ↗
Категория Клиентский сервис
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Alpino Doors Gallery komandasına Korporativ Satış və Layihələrin İdarə Edilməsi üzrə Menecer axtarılır.
Vəzifə öhdəlikləri:
- Memarlıq, dizayn və tikinti şirkətləri ilə yeni əməkdaşlıqlar qurmaq;
- Dizaynerlər, memarlar və korporativ müştərilərlə görüşlər keçirmək;
- Şirkətin məhsullarını (polad arakəsmə, qapı və sürgülü sistemlər) peşəkar şəkildə təqdim etmək;
- Potensial müştəriləri showroom-a dəvət edərək məhsullarla tanış etmək;
- Müştəri bazasını genişləndirmək və yeni layihələr cəlb etmək;
- Layihənin ilk görüş mərhələsindən təhvil verilməsinə qədər müştəri ilə davamlı əlaqədə olmaq və prosesi koordinasiya etmək;
- Satış və layihələrin icrası ilə bağlı mütəmadi hesabat vermək.
Namizədə tələblər:
- Satış sahəsində iş təcrübəsi (B2B satış təcrübəsi üstünlükdür);
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Layihələri planlaşdırmaq və eyni anda bir neçə müştəri ilə işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı, Ağ Şəhər
- İş qrafiki: Bazar ertəsi – Cümə: 10:00 – 18:00 / Şənbə: Qısaldılmış iş günü
- Əməkhaqqı: Sabit maaş + bonus
- Karyera inkişafı və peşəkar komandada çalışma imkanı.
Maraqlanan namizədlər CV-lərini WhatsApp vasitəsilə +994 50 880 77 00 nömrəsinə göndərə bilərlər.

Alpino Doors Gallery