Abu-life Group Kredit Mütəxəssisi
О должности
Vəzifə Öhdəlikləri:
Müştəri ehtiyaclarını düzgün analiz edərək uyğun kredit həlləri təklif etmək;
Kredit müraciətlərini operativ şəkildə qəbul edib qiymətləndirmək;
Kredit portfelini idarə edərək risklərin minimuma endirilməsini və geri ödənişlərin vaxtında təmin olunmasını nəzarətdə saxlamaq;
Kreditlə satış prosesində tələb olunan sənədlərin düzgünlüyünü və daxili qaydalara uyğunluğunu yoxlamaq;
Müştəri və müqavilə məlumatlarını sistemə dəqiq və vaxtında daxil etmək;
Müştərilərə kredit müqaviləsinin şərtlərini aydın və satış yönümlü şəkildə izah etmək;
Gecikmədə olan müştərilərlə effektiv ünsiyyət quraraq ödənişlərin bərpasını təmin etmək;
Namizədə tələblər:
Cins: Kişi;
Yaş: 25–35;
Təhsil: Ali təhsil;
Azərbaycan dilində səlis danışıq və təqdimat bacarığı;
Kredit sahəsində minimum 1 il iş təcrübəsi (pərakəndə satış təcrübəsi üstünlükdür);
MS Excel, MS Word ilə işləmə bacarığı;
Güclü satış və müştəri yönümlü düşüncə;
Analitik yanaşma və qərarvermə bacarığı;
Riyazi hesablamalarda dəqiqlik;
Aktiv, çevik, nəticə yönümlü və məsuliyyətli olmaq;
Ünsiyyətcil, inandırma və təqdimat bacarığı yüksək olmalı;
Hədəflərlə işləmə və problemləri operativ həll etmə bacarığı.
İş saatı: 6 günlük
Əmək haqqı: 1000-1200
Ünvan: Heydər Əliyev pr., Arena Plaza
Uyğun namizədlərdən CV-ni 0992040718 nömrəsinə vakansiya adını “Kredit Mütəxəssisi” və Filial adını qeyd edərək göndərmələri xahiş edilir
