Kredit Portfelinə Nəzarət Departamentinin Biznes Kreditlərinin Monitorinqi Şöbəsinin Aparıcı Mütəxəssisi
- Категория
- Финансы
О должности
Birbankda Biznes kreditlərinin monitorinqi şöbəsinə mikro kredit portfelinin monitorinqi, risklərin vaxtında aşkarlanması və kredit proseslərinin daxili qaydalara uyğunluğuna nəzarət sahəsində təcrübəyə malik, analitik düşüncəli və məsuliyyətli əməkdaş axtarırıq.
+ ' ' +İqtisadi və ya idarəetmə sahəsində ali təhsil;
Mikro kreditlərin monitorinqi sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
Yüksəksəviyyədə ünsiyyət bacarığı;
Analitik riyazi düşüncə;
Əla səviyyədə Azərbaycan dili (rus və ingilis dillərinin olması arzuolunandır);
Dəqiqlik, detallara qarşı diqqətlilik;
MS Office proqramları bilikləri;
Mütəmadi ezamiyyətlərə hazır olmaq.
+ ' ' +- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Mikro kreditlərin planlı və növbədənkənar monitorinqlərinin həyata keçirilməsi;
Mikro kredit portfelinin analizi və risklərin ölçülməsi;
Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət edilməsi;
Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətinin təhlil edilməsi;
Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadəsinə nəzarət edilməsi;
Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr verilməsi və onların yerinə yetirilməsinə nəzarət edilməsi;
Risk hadisələrin aşkarlanması, Risk reyestrinə daxil edilməsi, risklərin həlli üzrə əminliyin verilməsi;
Monitorinqlərin nəticələrinin hesabat şəklində tərtib edilməsi;
Gördüyü işlərin təkmilləşməsi məqsədi ilə bir başa rəhbərinə təkliflərin verilməsi;
Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqlər həyata keçirilməsi;
Müştəri tərəfindən banka təqdim edilmiş məlumatların və kreditləşmənin qaydalar çərçivəsində icrasını monitorinq edərək, borcun ödənilməsinə təsir edəcək riskləri aşkarlayaraq şöbənin rəhbərliyinə monitorinqin nəticələrini əks etdirən hesabat və akt təqdim edilməsi;
Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə edilməsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.