Kredit Portfelinə Nəzarət Departamentinin Biznes Kreditlərinin Monitorinqi Şöbəsinin Təcrübəçisi
- Категория
- Финансы
О должности
Birbankın Biznes kreditlərinin monitorinqi şöbəsində çalışacaq, yeni və mövcud məhsul şərtlərinin icrasına nəzarətin təşkilində dəstək olacaq təcrübəçi axtarışındayıq!
Komputer elmləri, informasiya texnologiya və ya əlaqəli sahələr üzrə ali təhsil;
Maliyyə bilikləri;
Məlumat bazaları ilə işləmə qabiliyyəti;
Riyazi/statistik hesablama və analitik mühakimə etmə qabiliyyəti;
Yüksək səviyyədə kommunikasiya bacarıqları;
Microsoft Excel və SQL bilikləri mütləqdir.
+ ' ' +Peşəkar inkişaf: Bank sektorunda praktiki bilik və bacarıqlar qazanmaq;
Mentorluq: Təcrübəli mütəxəssislərlə işləyərək onlardan öyrənmək;
Karyera imkanı: Təcrübə müddətində uğurlu nəticə göstərən namizədlərin gələcəkdə iş imkanları ilə təmin olunması;
Şəxsi inkişaf: Analitik düşüncə, hesabatlılıq və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi;
İş mühiti: Dostluq və dəstəkçi komanda ilə rahat iş mühiti.
+ ' ' +• Məhsullarla bağlı məlumatların toplanması və hesabatların hazırlanmasına dəstək göstərmək;
• Məhsul göstəricilərinin izlənməsi və nəticələrin təhlilində iştirak etmək;
• Erkən xəbərdarlıq göstəricilərinin monitorinqinə dəstək göstərmək;
• Məlumatların Excel və SQL vasitəsilə emalında iştirak etmək;
• İş proseslərinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına dəstək göstərmək;
• Müxtəlif analitik hesabat və təqdimatların hazırlanmasında iştirak etmək;
• Birbaşa rəhbərin verdiyi digər tapşırıqların icrasında dəstək göstərmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 24 iyun 2026 (bu elan) · hellojob.az
- 12 may 2026 · hellojob.az