TABIA Group LLC Kreditor borcları üzrə mühasib
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
Əsas vəzifə və öhdəliklər:
- Təchizatçılardan daxil olan hesab-fakturaların, qaimələrin və digər maliyyə sənədlərinin qəbul edilməsi və yoxlanılması.
- Sənədlərin satınalma sifarişləri (PO), qəbul aktları və müqavilələrlə uyğunluğunu yoxlamaq.
- Hesab-fakturaların ERP və ya mühasibat proqramında vaxtında qeydiyyata alınmasını təmin etmək.
- Təchizatçılar üzrə kreditor borclarının uçotunu aparmaq və mütəmadi olaraq üzləşdirmələr həyata keçirmək.
- Ödəniş cədvəllərini hazırlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək.
- Bank ödənişləri üçün sənədləri hazırlamaq və ödənişlərin vaxtında icrasını izləmək.
- Avans ödənişlərinin və onların bağlanmasının uçotunu aparmaq.
- Təchizatçılarla hesablaşmalar üzrə yaranan fərqləri araşdırmaq və aradan qaldırmaq.
- Ay sonu bağlanış prosesində kreditor borcları üzrə hesabatların hazırlanmasını təmin etmək.
- Vergi qanunvericiliyi və mühasibat standartlarına uyğun sənədləşməni təmin etmək.
- Xarici və daxili auditlər zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək.
- Maliyyə şöbəsinin digər tapşırıqlarını və rəhbərlik tərəfindən verilən göstərişləri yerinə yetirmək
Tələblər
Tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil.
- Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi (otel və ya hospitality sahəsində təcrübəyə üstünlük verilir).
- Kreditor borcları üzrə uçot prinsiplərini yaxşı bilmək.
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibat uçotu qaydaları barədə bilik.
- MS Excel proqramını yüksək səviyyədə bilmək.
- ERP və ya mühasibat proqramları ( İSCALA, 1C ) ilə işləmək bacarığı.
- Analitik düşünmə və detallara diqqət.
- Planlaşdırma və vaxtın effektiv idarə olunması.
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
- Məxfi maliyyə məlumatları ilə işləmək bacarığı.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi;
- İstirahət günü: 2 (iki) gün;
Vəzifə üzrə digər üstünlüklər:
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Könülü tibbi sığorta;
İş Yeri:
- Fəaliyyət ünvanı: Şamaxı şəhəri, SHAMAKHİ PALACE SHARADIL HOTEL
T 

TABIA Group LLC
We focus on well-being, celebrate the charm of regional locations, and are dedicated to supporting local communities. Our unique approach blends comfort, cultural richness, and a commitment to making…