Eden Agro MMC Laboratoriya və Keyfiyyətə nəzarət üzrə menecer (Oğuz)
О должности
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
Birbaşa rəhbər: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri
İş yeri: Oğuz rayonu
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
İSO 17025-2009 standartının şərtlərini bilməli;
Laboratoriyanın xidmət göstərdiyi sahə üzrə qanunları, əsasnamələri, təlimatları, və metodları bilməli ;
Kimyəvi məhlullardan və preparatlardan istifadə qaydalarını bilməli;
Laboratoriya avadanlıq, qurğu,və cihazlarının istifadə qaydalarını və metodlarını bilməli;
İstehsal proseslərində keyfiyyətə nəzarət sisteminin qurulmasını bilməli;
İstehsal olunan məhsulların texnologiyasını bilməli;
Kritik nəzarət nöqtələrinin təyin olunmasını bilməli;
Qida təhlükəsizliyi (İSO 22000) tələblərini bilməli;
Keyfiyyət idarəetmə sisteminin (İSO 9001) tələblərini bilməli;
Əməyin təhlükəsizliyi qaydalarını biılməli;
Vəzifə tələbləri:
Ali təhsil (Kimya,Qida mühəndisi,Sənayə mühəndisi) ;
İSO 9001, İSO 22000, FSSC 22000, İSO 17025
İSO 14001, İSO 45001sertifikatlar üstünlük hesab olunur;
Laboratoriya və keyfiyyətə nəzarət sahəsində rəhbər vəzifədə ən azı 5 il təcrübə ;
Laboratoriya və keyfiyyətə nəzarət sahəsində ən azı 10 il təcrübə ;
Rus və İngilis dilində danışıq bacarığı;
Yüksək səviyyədə araşdırma bacarığı;
Laboratoriya cihazları ilə işləmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
Korporativ tibbi sığorta paketi
Peşəkar və liderlik inkişaf proqramları
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Laboratoriya və Keyfiyyətə nəzarət üzrə menecer (Oğuz)” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…