Layihə Memarı
О должности
Vəzifə öhdəlikləri
Yaşayış, kommersiya və digər təyinatlı obyektlər üzrə memarlıq konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi
Eskiz, layihə və icra mərhələləri üzrə memarlıq sənədlərinin hazırlanması və idarə olunması
İşçi layihələrin (planlar, fasadlar, kəsiklər, düyünlər, detallar və spesifikasiyalar) hazırlanması və optimallaşdırılması
Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan tikinti norma və qaydalarına, texniki standartlara və sifarişçinin tələblərinə uyğunluğunun təmin edilməsi
Konstruksiya, elektrik, HVAC, su-kanalizasiya və digər mühəndis bölmələri ilə koordinasiyanın həyata keçirilməsi
Sifarişçi, podratçı və digər layihə iştirakçıları ilə işgüzar görüşlərin keçirilməsi və layihələrin təqdim olunması
Layihə sənədlərinin vaxtında və keyfiyyətlə hazırlanmasına nəzarət
Tikinti zamanı layihə həllərinin düzgün tətbiqinə nəzarət və yaranan texniki məsələlərin operativ həlli
Layihələrin müəyyən edilmiş müddətlərə, keyfiyyət göstəricilərinə və büdcə məhdudiyyətlərinə uyğun icrasının təmin edilməsi
Tələblər
Memarlıq sahəsində ali təhsil
Minimum 4 il layihələndirmə sahəsində iş təcrübəsi
Yaşayış, villa, kommersiya və ya ictimai obyektlər üzrə uğurla tamamlanmış layihələr
Konseptual düşünmə və yüksək texniki layihələndirmə bacarığı
Layihəni müstəqil idarə etmə və qərarvermə qabiliyyəti
Tikinti texnologiyaları, materiallar və tikinti prosesləri üzrə biliklər
Azərbaycan Respublikasının tikinti norma və qaydaları üzrə biliklər
AutoCAD və ArchiCAD proqramlarında yüksək səviyyədə işləmək bacarığı (Revit və BIM əsaslı layihələndirmə təcrübəsi üstünlükdür)
Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərindən ən azı birində işgüzar səviyyədə ünsiyyət bacarığı
Şəxsi keyfiyyətlər
Analitik və sistemli düşüncə tərzi
Komandada işləmək və koordinasiya bacarığı
Təzyiq altında işləmək və operativ qərar qəbul etmək bacarığı
Üstünlük veriləcək namizədlər
Fərdi yaşayış evləri, villalar və premium seqment layihələri üzrə təcrübəsi olanlar
Tikinti sahəsində layihələrin icrasını müşayiət etmiş namizədlər
Tender və texniki təklif sənədlərinin hazırlanması təcrübəsinə malik olanlar
Əmək haqqı 1500-2500 AZN
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.