Layihə Meneceri (Project Manager)
- Режим работы
- Полная занятость
- Категория
- ИТ
О должности
Təsvir
Komandamıza qoşulmaq istəyən Layihə Meneceri axtarırıq.
Vakansiya: Layihə Meneceri (Project Manager)
Şirkət: Brain Solutions MMC
Vəzifə öhdəlikləri
· AI və proqram təminatı layihələrinin planlaşdırılması, icrası və monitorinqi;
· Layihə məqsədlərinin, vaxt qrafikinin və resurs planının hazırlanması;
· Texniki komandalar (AI Engineers, Data Scientists, Software Developers, DevOps və s.) ilə koordinasiyanın təmin edilməsi;
· Müştəri və daxili maraqlı tərəflərlə müntəzəm kommunikasiyanın aparılması;
· Risklərin müəyyənləşdirilməsi və idarə olunması;
· Layihə büdcəsinin və resurslarının izlənilməsi;
· Layihə statusları üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
· Məhsul və layihə tələblərinin dəqiqləşdirilməsi və sənədləşdirilməsi;
· Layihələrin keyfiyyət, vaxt və büdcə çərçivəsində tamamlanmasının təmin edilməsi.
İş şəraiti
· İş qrafiki - 09:00-18:00;
· İş günləri – 5 günlük iş həftəsi (şənbə və bazar günləri istirahət günləri);
· İş yeri: Globus Center;
· Əmək haqqı: 4000-4500 AZN net;
· Könüllü tibbi sığorta.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Layihə Meneceri) qeyd edərək [email protected] electron ünvanına göndərməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 22.07.2026
Tələblər
· Ali təhsil (İT üzrə olması arzuolunandır)
· Layihələrin idarə olunması sahəsində minimum 3-5 il iş təcrübəsi;
· Dil bilikləri: İngilis dili-mütləq, Rus dili-arzuolunandır;
· İT və ya proqram təminatı layihələrinin idarə olunması üzrə təcrübə;
· Agile, Scrum və ya Kanban metodologiyaları üzrə bilik;
· Jira, Confluence, Trello və ya oxşar alətlərlə işləmə bacarığı;
· Güclü ünsiyyət və liderlik bacarıqları;
· Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
· Texniki komandalarla işləmək və texniki sənədləri başa düşmək bacarığı.