GP Golden PayGolden Pay

Layihə rəhbəri

Опубликовано 1 дн. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
21 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: müvafiq sahə üzrə 3 il; 
  • Azərbaycan dili: səlis (yazı və danışıq), İngilis dili: Orta səviyyədə; 
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər; 
  • Microsoft Project, JIRA və digər layihə idarəetmə proqramları ilə işləmə bacarığı; 
  • Analitik təhlil etmə qabiliyyəti; 
  • Kollektivdə işləmək bacarığı.  

Vəzifə öhdəlikləri: 

  • Layihələri biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək; 
  • Verilən hədəf, vaxt və büdcə daxilində layihələri icra etmək;
  • Layihə və təşəbbüslər barədə məlumatları və yenilikləri bütün əlaqəli şəxslərə çatdırmaq;
  • Layihələrin fasiləsiz icrası məqsədi ilə daxili resurs və üçüncü tərəflərin / təchizatçıların fəaliyyətini koordinasiya etmək; 
  • Layihə planı, büdcə, cədvəl və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərinin idarə etmək;
  • Bütün layihələrin vaxtında, əhatə dairəsi və büdcə çərçivəsində icra olunmasını təmin etmək;
  • Layihənin gedişatında və xərclərində müvafiq dəyişiklikləri idarə etmək;
  • Müvafiq layihə idarəedilməsi və monitorinqi vasitələrini tətbiq etmək;
  • Layihələrin icra hesabatlarını hazırlamaq və mütəmadi hesabatların təqdim edilməsini təmin etmək.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

GP Golden Pay
Golden Pay
Maliyyə və sığorta fəaliyyəti

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard”…

Похожие вакансии

Смотреть все