RPRich Pharma

Layihə Rəhbəri (Ağız Baxımı Məhsulları üzrə)

Опубликовано 12 ч. назад Источник
HR
Ежемесячная зарплата
₼2,000+
Срок подачи
26 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Şirkətimiz ağız baxımı məhsulları (diş məcunu, diş fırçası, qarqara və gel) sahəsində fəaliyyət göstərir və bu istiqamətdə layihələrin idarə olunması üçün peşəkar və nəticəyönümlü Layihə Rəhbəri axtarır.

Vəzifə haqqında:

  • Layihələrin planlanması, icrası və komandanın koordinasiyasına cavabdeh olacaq, məhsullar üzrə satış və inkişaf hədəflərinə nail olunmasını təmin edəcək.

Əsas vəzifə öhdəlikləri:

  • Məhsulları üzrə layihələrin planlanması və icrasına nəzarət
  • Komandanın idarə olunması və tapşırıqların bölüşdürülməsi
  • Satış nöqtələri və partnyorlarla danışıqların aparılması
  • Kampaniya və promo aksiyaların təşkili
  • Məhsulların bazarda düzgün yerləşdirilməsinin təmin edilməsi
  • Hesabatların hazırlanması

Namizədə tələblər:

  • 2-5 il uyğun iş təcrübəsi (FMCG sahəsi üstünlükdür)
  • Komanda idarəçiliyi və liderlik bacarığı
  • Güclü ünsiyyət və danışıqlar qabiliyyəti
  • Analitik düşüncə və təşkilatçılıq
  • MS Office bilikləri
  • Rus dili – yaxşı, İngilis dili – üstünlükdür
  • KPI (Performans göstəriciləri):
  • Məhsulları üzrə satış planının yerinə yetirilməsi
  • Məhsulların satış nöqtələrində yerləşdirilməsi və görünürlüyü
  • Yeni satış nöqtələrinin artırılması
  • Kampaniyaların effektivliyi
  • Stokların düzgün idarə olunması

İş şəraiti və təklif:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00
  • Əməkhaqqı:  2000 AZN +
  • Bonus: Aylıq satış hədəfi (KPI) yerinə yetirildiyi halda əlavə bonus

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

Смотреть все
Откликнуться