MAŞ
Ежемесячная зарплата
Зарплата по договорённости
- Режим работы
- Полная занятость
- Опыт
- career-levels.prof
- Категория
- Логистика
О должности
Təsvir
- Layihələrin icrası prosesini qarşıya qoyulan cari hədəf, zaman və qrafik daxilində yerində idarə etmək;
- Sahə daxilində əməkdaşlar və subpodratçılar arasında gündəlik iş bölgüsünü təyin etmək, tapşırıqları vermək və icrasına nəzarət etmək;
- Layihənin icrası prosesində sahədə yarana biləcək cari problemləri vaxtında müəyyən etmək və həlli üçün rəhbərliyə təkliflər vermək;
- Layihənin fasiləsiz icrası məqsədilə daxili şöbələrlə (satınalma/təchizat, anbar, mühasibatlıq) mütəmadi əlaqədə olmaq və material/avadanlıq təminatını koordinasiya etmək;
- Layihə çərçivəsində tərəfdaş şirkətlər və subpodratçılarla cari işlərin gedişatı ilə bağlı gündəlik danışıqlar aparmaq, texniki müzakirələr həyata keçirmək;
- Resursların İstifadəsi: Sahəyə ayrılmış resursların (işçi qüvvəsi, material, mexanizmlər) düzgün, qənaətli və təyinatı üzrə istifadəsinə birbaşa nəzarət etmək;
- Görülmüş işlər, layihənin cari vəziyyəti və gündəlik/həftəlik gedişat barədə birbaşa rəhbərliyə mütəmadi olaraq hesabatlar hazırlayıb təqdim etmək.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: 3 il;
- Yaş həddi: 25-50;
- Ölkədaxili ezamiyyət imkanları;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri üstünlükdür;
- Tikinti normaları, qaydaları və layihə idarəedilməsi metodologiyalarına dair dərin biliklər;
- Tikinti prosesləri və mərhələləri (qazıntı, təməl, karkas, örtük, daxili tamamlanma işləri və s.) haqqında geniş məlumatlılıq;
- Tikinti materialları (beton, armatur, kərpic, izolyasiya materialları, metal konstruksiyalar və s.) haqqında texniki biliklər;
- İnşaat maşın və avadanlıqlarının (kranlar, ekskavatorlar, betonqarışdırıcılar və s.) iş prinsipləri və funksiyaları barədə məlumatlılıq;
- Tikinti layihələrinin oxunması və təhlili bacarığı (memarlıq, konstruktiv, elektrik və mexaniki planlar);
- Topoqrafik və geoloji hesabatları anlamaq və analiz etmək bacarığı;
- Tikinti standartları, dövlət şəhərsalma sənədləri və normativ hüquqi aktlarla işləmək təcrübəsi.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
- Əmək haqqı (Razılaşma yolu ilə);
- Şəhərin mərkəzində ofis;
- Dinamik və gənc komanda ilə iş imkanı.