AC
Ежемесячная зарплата
₼1,500+
- Категория
- HR
О должности
Vəzifə öhdəlikləri:
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
- Layihələrin mövcud statusunu izləmək və hesabatları hazırlamaq
- İcra olunan layihələr barəsində aylıq və illik hesabatlar hazırlamaq
- Layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq
- Tapşırıqlar üzrə araşdırma aparmaq, təhlil etmək və məlumat vermək;
- İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
- Rəhbərin gündəlik və həftəlik təqvimini planlamaq, görüşləri təşkil etmək və prioritetləşdirmək
- İdarə Heyəti iclaslarının planlaşdırılması və təşkili
- İclas gündəliyinin hazırlanması və təsdiq üçün təqdim edilməsi
- İclas materiallarının toplanması, strukturlaşdırılması və üzvlərlə vaxtında paylaşılması
- İdarə Heyəti iclaslarının protokollarını hazırlamaq və qərarları rəsmiləşdirmək
- Qəbul edilmiş qərarların icrasını izləmək və status hesabatları hazırlamaq
- Rəhbərlə daxili və xarici maraqlı tərəflər arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək, peşəkarlıq və məxfiliyi qorumaq.
Tələblər:
- Ali təhsil; Managment və Layihə rəhbəri sahəsi üzrə bilik
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsinin olması;
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Biznes və ya sistem analitika, operativlik bacarığı olanlara üstünlük veriləcəkdir.
- Planlama və təşkilatçılıq bacarıqları;
- Güclü kommunikasiya və komanda ilə işləmə bacarığı;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək Haqqı: 1500-2000 AZN (NET)
- İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Layihə Rəhbərinin köməkçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.