AzTelco Group MMC Layihələndirmə üzrə Menecer
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Şirkətin layihələndirmə strategiyasının formalaşdırılması və icrasına rəhbərlik etmək;
- Layihələndirmə şöbəsinin strukturunun qurulması, iş bölgüsünün aparılması və fəaliyyətinin əlaqələndirilməsi;
- Layihə portfelinin idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi;
- Layihə risklərinin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
- Memarlıq, konstruktiv və mühəndis (MEP) layihələrinin hazırlanmasına ümumi rəhbərlik etmək;
- Layihələrin mövcud tikinti norma və qaydalarına uyğunluğunu təmin etmək;
- Layihə sənədlərinin (eskiz, işçi layihə, icra layihələri) keyfiyyətinə və dəqiqliyinə nəzarət etmək;
- Layihələr üzrə texniki həllərin optimallaşdırılmasını təmin etmək;
- Tikinti, satınalma, smeta və kommersiya şöbələri ilə sıx əməkdaşlıq etmək;
- Müxtəlif layihə təşkilatları ilə koordinasiyanı təmin etmək;
- Dövlət qurumları, ekspertiza və icazəverici orqanlarla iş aparmaq;
- Layihələndirmə işlərinin büdcə çərçivəsində icrasını təmin etmək;
- Layihə qrafiklərinə nəzarət etmək və gecikmələrin qarşısını almaq;
- Dəyişikliklərin (variation) texniki və maliyyə təsirini qiymətləndirmək;
- Layihələndirmə heyətinin seçilməsi, inkişafı və fəaliyyətinin qiymətləndirilməsi;
- Daxili standartların və layihələndirmə prosedurlarının hazırlanması və tətbiqi;
- Layihələrlə bağlı texniki qərarların verilməsində iştirak etmək;
- Layihələndirmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Tabeliyində olan əməkdaşlar üçün tapşırıqlar vermək və icraya nəzarət etmək;
- Layihələrlə bağlı iclaslarda şirkəti təmsil etmək
Xüsusi tələblər
- Ali təhsil (Memarlıq, İnşaat mühəndisliyi və ya əlaqəli sahə);
- Müvafiq sahə üzrə 3 il təcrübə;
- Rəhbər vəzifədə minimum 1 il təcrübə;
- Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı və rus dili üstünlükdür;
- Tikinti norma və standartlarını dərindən bilmək;
- Layihələrin idarəedilməsi sahəsində uzunmüddətli təcrübə;
- Texniki və strateji planlama bacarıqları.
A 

AzTelco Group MMC
Tikinti
“Aztelco Group” MMC Azərbaycanın sürətlə inkişaf edən müxtəlif sahələrində, o cümlədən telekommunikasiya, informasiya texnologiyaları (İT), tikinti və konsultasiya kimi sektorlarda fəaliyyət göstərən…