Cardinal Group Logistics MMC Logistika xidmətlərinin satışı üzrə menecer
О должности
Cardinal Group Logistics MMC beynəlxalq yükdaşıma sahəsində təcrübəli, nəticəyönümlü və güclü satış bacarıqlarına malik Logistika xidmətlərinin satışı üzrə menecer axtarır.
Vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin cəlb edilməsi və müştəri portfelinin genişləndirilməsi
Müştərilərin logistika ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təqdim olunması
Potensial və mövcud müştərilərlə kommersiya danışıqlarının aparılması
Təqdim edilmiş kommersiya təkliflərinin izlənilməsi və satış prosesinin nəticəyədək idarə olunması
Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və təkrar sifarişlərin artırılması
Satış dövriyyəsi və gross profit üzrə müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi
Müştəri münasibətlərinin davamlı və peşəkar şəkildə idarə olunması
Satış nəticələri üzrə mütəmadi hesabatların hazırlanması
Əməliyyat və qiymətləndirmə komandası ilə koordinasiyalı işləmək
Namizədə tələblər
Beynəlxalq yükdaşıma və logistika xidmətlərinin satışı sahəsində minimum 3 il iş təcrübəsi
Yeni korporativ müştərilərin cəlb edilməsi və satış portfelinin formalaşdırılması üzrə real təcrübə
Beynəlxalq yükdaşıma prosesləri və logistika xidmətləri haqqında praktiki bilik
Kommersiya danışıqlarının aparılması və müştəri münasibətlərinin idarə edilməsi bacarığı
Satış dövriyyəsi və gross profit hədəfləri ilə işləmək təcrübəsi
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
Azərbaycan, rus və türk dillərində sərbəst yazılı və şifahi ünsiyyət
İngilis və ya digər xarici dil bilikləri üstünlükdür
Microsoft Office proqramları, Outlook, LinkedIn və digər peşəkar rəqəmsal platformalardan istifadə bacarığı
Analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyətlilik və yüksək iş intizamı
Biz nə təklif edirik?
Sabit əmək haqqı + yaradılmış gross profit əsasında bonus
Hədəf göstəricilərini yerinə yetirən əməkdaş üçün aylıq ümumi qazanc: 2 000+ AZN
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
Bonusların şəffaf hesablanması və vaxtında ödənilməsi
Əməliyyat və qiymətləndirmə komandası tərəfindən peşəkar dəstək
Şirkətin mövcud beynəlxalq agent və daşıyıcı şəbəkəsindən istifadə imkanı
İş üçün zəruri texniki və kommunikasiya vasitələri
Müştəri görüşləri və işgüzar səfərlərlə bağlı müvafiq xərclərin qarşılanması
Nəticələrə əsaslanan əmək haqqı və vəzifə artımı
Satış istiqamətində gələcək rəhbər vəzifələrə yüksəlmək perspektivi
Peşəkar inkişaf və logistika sahəsində biliklərin genişləndirilməsi imkanları
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, ofisdə
Yalnız beynəlxalq yükdaşıma sahəsində real satış təcrübəsi, ölçülə bilən nəticələri və yeni müştəri portfeli formalaşdırmaq bacarığı olan namizədlərin müraciətləri nəzərdən keçiriləcək.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
