Logo Operatoru ( Outsource )
О должности
Ümumi vəzifələr
- LOGO ERP proqramında məlumatların düzgünlüyünü və tamlığını təmin etmək.
- Satınalma, anbar, mühasibatlıq və maliyyə şöbələri ilə koordinasiyalı işləmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- İş proseslərini tam mənimsədikdən və müstəqil şəkildə idarə etdikdən sonra əməkdaşa əlavə funksional istiqamətlər üzrə vəzifələrin həvalə edilməsi nəzərdə tutulur.
Namizədə tələblər
- Ali və ya orta ixtisas təhsili (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlükdür).
- LOGO ERP proqramı, elektron qaimələr və bank əməliyyatları üzrə minimum 3 il iş təcrübəsi.
- MS Excel bilikləri olması üstünlükdür.
- Diqqətlilik, məsuliyyətlilik, analitik düşünmə və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- 09:00 dan - 18:00 dək iş saatları.
- 5 günlük tam iş günü.
- Peşəkar inkişaf və əlavə funksiyalar üzrə karyera imkanları.
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
- Əmək haqqı müsahibə əsasında təyin olunur.
Ünvan:
Ziya Bünyadov prospekti 13
Müraciət:
Uyöun namizədlər CV-lərini“Logo Operatoru” başlığı ilə
[email protected] ünvanına göndərə bilər.
Öhdəliklər
Elektron qaimələrin idarə olunması
- Rəsmi təqdim edilmiş elektron qaimələrin LOGO ERP proqramında yaradılmış mədaxil qəbzləri ilə uyğunluğunu yoxlamaq.
- Mədaxil qəbzi mövcud olduqda fakturalaşdırma əməliyyatlarını həyata keçirmək.
- Elektron qaimələrin vergi informasiya sistemində təsdiq edilməsini təmin etmək.
- LOGO ERP proqramında mədaxil qəbzi olmadıqda, səbəbi satınalma şöbəsi və sahə üzrə məsul mühasiblərlə araşdırmaq.
- Malların faktiki olaraq təhvil verilmədiyi müəyyən olunduqda elektron qaiməni düzəliş üçün geri qaytarmaq və aidiyyəti şəxsləri məlumatlandırmaq.
- Elektron qaimələrin düzgün və vaxtında emalına nəzarət etmək.
Bank və ödəniş əməliyyatları
- Rəsmi təsdiq edilmiş elektron qaimələr və hesab-fakturalar əsasında bank ödənişlərini həyata keçirmək.
- Bank əməliyyatlarını və ödənişləri LOGO ERP proqramında düzgün qeydiyyata almaq.
- Fakturalar üzrə ödənişləri bağlamaq və borc qalıqlarını (borc təqibini) aparmaq.
- Elektron qaimələr üzrə ödənilməmiş və ya qismən ödənilmiş məbləğlərə nəzarət etmək.
- Gün sonu bank hesablarının qalıqları barədə rəhbərliyə məlumat təqdim etmək.