Sabah Capital Partners MMCSabah Capital Partners MMC

Maliyyə Analitiki (Müştərilər və Ödənişlər üzrə)

Опубликовано 21 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
2 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İşin məqsədi

  • Maliyyə Analitikinin əsas məqsədi mənzil və kommersiya obyektlərinin satış müqavilələri üzrə müştəri ödənişlərinin düzgün uçotunu, ödənişlərin təsdiqini, debitor borclarının monitorinqini, pul daxilolmalarının analitik təhlilini və rəhbərlik üçün operativ maliyyə hesabatlarının hazırlanmasını təmin etməkdir.

Əsas vəzifə və öhdəliklər

Müştəri müqavilələrinin idarə olunması

  • Satış müqavilələrinin maliyyə şərtlərinin sistemdə düzgün qeydiyyatına nəzarət etmək; 
  • Müqavilələr üzrə ödəniş planlarının düzgün yaradılmasını və izlənilməsini təmin etmək; 
  • Müştəri məlumatlarının və müqavilə şərtlərinin düzgünlüyünü yoxlamaq. 

Ödənişlərin təsdiqi

  • Bank hesablarına daxil olan vəsaitləri müqavilələr üzrə identifikasiya etmək; 
  • Müştəri ödənişlərinin sistemdə təsdiqini həyata keçirmək; 
  • Bank çıxarışları ilə sistem məlumatlarını üzləşdirmək; 
  • Uyğunsuzluqları araşdırmaq və aradan qaldırılmasını təmin etmək; 
  • Nağd və bank ödənişlərinin təsdiq prosesinə nəzarət etmək. 

Debitor borclarının idarə olunması

  • Müştərilər üzrə cari və vaxtı keçmiş borcları izləmək; 
  • Gecikmiş ödənişlər barədə aidiyyəti struktur bölmələrini məlumatlandırmaq; 
  • Borcların yaşlandırılması (Aging Report) üzrə hesabatlar hazırlamaq; 
  • Borcların bağlanması prosesini izləmək. 

Pul axınının monitorinqi

  • Gündəlik daxilolmaları izləmək; 
  • Faktiki və planlaşdırılmış daxilolmaları müqayisə etmək; 
  • Gözlənilən pul axını üzrə proqnozların hazırlanmasında iştirak etmək; 
  • Satış müqavilələri üzrə daxilolmaların analitik təhlilini aparmaq. 

Hesabatlıq və analitika

Hazırlanmasını təmin etmək:

  • Gündəlik ödəniş hesabatları; 
  • Müştərilər üzrə ödəniş statusu; 
  • Vaxtı keçmiş borclar üzrə hesabat; 
  • Layihələr üzrə satış və daxilolma hesabatları; 
  • Plan/Fakt ödəniş hesabatları; 
  • Debitor borcları üzrə analitik hesabatlar; 
  • Rəhbərlik üçün aylıq maliyyə analitikası. 

Digər vəzifələr

  • Satış, Hüquq, Mühasibatlıq və Xəzinədarlıq şöbələri ilə koordinasiyalı işləmək; 
  • ERP (1C və ya digər sistemlər) üzərində maliyyə məlumatlarının düzgünlüyünə nəzarət etmək; 
  • Audit və daxili nəzarət tələblərinə uyğun sənədlərin hazırlanmasını təmin etmək; 
  • Daxili prosedurlara və maliyyə siyasətlərinə riayət etmək. 

Tələb olunan bilik və bacarıqlar

  • Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil; 
  • Maliyyə analitikası və ya mühasibatlıq sahəsində minimum 2-3 il iş təcrübəsi; 
  • Daşınmaz əmlak və ya tikinti sektorunda təcrübə üstünlükdür; 
  • 1C ERP proqramı ilə işləmək bacarığı; 
  • Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table,VLOOKUP/XLOOKUP, maliyyə modelləri); 
  • Maliyyə hesabatlarının  təhlili bacarığı; 
  • Debitor borclarının idarə olunması üzrə təcrübə; 
  • Analitik düşüncə və detallara diqqət; 
  • Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı. 

Əsas KPI-lar

  • Günlük ödənişlərin vaxtında təsdiqlənmə faizi; 
  • Təsdiq prosesində yol verilən səhvlərin sayı; 
  • Gecikmiş ödənişlərin monitorinqinin vaxtında aparılması; 
  • Debitor borclarının yaşlandırılması göstəricisi; 
  • Hesabatların vaxtında təqdim edilməsi; 
  • Bank və ERP məlumatları arasında uyğunluq səviyyəsi; 
  • Müştəri ödənişlərinin düzgün uçotu üzrə dəqiqlik göstəricisi.

İş şəraiti:

  • İş rejimi: 5 günlük iş qrafiki 
  • Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq 
  • Ünvan: Bayıl ərazisində yerləşir. 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Sabah Capital Partners MMC
Sabah Capital Partners MMC
Maliyyə və sığorta fəaliyyəti

Похожие вакансии

Смотреть все
Откликнуться