BSC Baku Steel Company CJSCBaku Steel Company CJSC

Maliyyə departamentində Baş mütəxəssis

Опубликовано 2 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
26 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İşin qısa təsviri:

  • Şirkətin maliyyə hesabatlarının düzgün, şəffaf və vaxtında hazırlanmasını təmin etmək, istehsal fəaliyyətinin maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə analitik dəstək göstərmək.

Əsas vəzifə və məsuliyyətlər:

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • Mənfəət və zərər hesabatı, balans və pul vəsaitlərinin hərəkəti hesabatlarının tərtibi və təhlili;
  • IFRS və ya milli uçot standartlarına uyğun uçot siyasətinin tətbiqinə nəzarət;
  • Hesab qalıqlarının düzgünlüyünün yoxlanılması və uzlaşdırmaların aparılması;
  • Konsolidasiya prosesində iştirak və konsolidə edilmiş hesabatların hazırlanması;
  • Daxili və xarici audit proseslərində iştirak, auditor sorğularının cavablandırılması;
  • Birbaşa və dolayı xərclərin strukturunun təhlili və optimallaşdırılması üzrə təkliflərin verilməsi;

Tələblər

Təhsil:

  • Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;

Təcrübə:

  • Minimum 5 il maliyyə sahəsində iş təcrübəsi;
  • İstehsal sektorunda təcrübə üstünlükdür;

Texniki biliklər:

  • IFRS bilikləri – mütləq;
  • SAP (FI, CO modulları) – üstünlük;
  • Yüksək səviyyədə Excel bilikləri;
  • Power BI ilə işləmə bacarığı;

Sertifikatlar:

  • ACCA, CPA, CFA və ya ekvivalent beynəlxalq sertifikatlar üstünlükdür;

Dil bilikləri:

  • Azərbaycan dili – ana dili;
  • İngilis və rus dili – arzuolunandır;

Şəxsi keyfiyyətlər:

  • Analitik düşünmə və hesabat hazırlama bacarığı;
  • Təqdimat bacarığı;
  • Yüksək məsuliyyətlilik;
  • Detallara diqqət;

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

BSC Baku Steel Company CJSC
Baku Steel Company CJSC
Emal sənayesi

Biz Azərbaycanın ulu öndəri Heydər Əliyev tərəfindən yaradılmış, ölkə iqtisadiyyatında öz sözünü demiş və Qafqazın ən böyük metallurgiya şirkəti olan Baku Steel Company-yik. Texnoloji yenilikləri,…

Похожие вакансии

Смотреть все
Откликнуться