BR
Bank Respublika ASC
Maliyyə departamentinin baş mütəxəssisi/aparıcı mütəxəssisi/mütəxəssisi/kiçik mütəxəssisi
Ежемесячная зарплата
Зарплата по договорённости
- Режим работы
- Полная занятость
- Категория
- Финансы
О должности
Təsvir
· Əsas vəsaitlərin uçotunun aparılması (tanınması, silinməsi, amortizasiyanın hesablanması və s.);
· Bank xərclərinin ödənilməsi, xərclərin uçotdan silinməsi və digər əlaqəli əməliyyatların icrası;
· Əməkhaqqı və ona bərabər tutulan ödənişlərin həyata keçirilməsi, eləcə də məcburi ödənişlərin köçürülməsi;
· Debitor və kreditor borclarının təhlilinin aparılması;
· Müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin hazırlanması və yoxlanılması.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə);
- Baş mütəxəssis : Müvafiq sahə üzrə 5 il iş təcrübəsi (bank sahəsində təcrübə arzuolunandır);
- Aparıcı mütəxəssis : Müvafiq sahə üzrə 3 il və üzəri iş təcrübəsi (bank sahəsində təcrübə arzuolunandır);
- Mütəxəssis : Müvafiq sahə üzrə 1 il və üzəri iş təcrübəsi (bank sahəsində təcrübə arzuolunandır);
- Kiçik mütəxəssis: Bank-maliyyə sahəsində təcrübə arzuolunandır.
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- 1C proqramında işləmək bacarığı;
- Ümumi mühasibat uçotu üzrə biliklər;
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi üzrə biliklər;
- ACCA (F3) və PMS sertifikatlarının olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili biliyi arzuolunandır;
- Dəqiqlik, məsuliyyətlilik və yüksək diqqətlilik.