GM
Gill Med MMC

Maliyyə Direktoru

Опубликовано 13 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
₼3,000+
Категория
Финансы

О должности

İş şəraiti

  • Əmək haqqı: 3.000 AZN (net);
  • İş qrafiki: Həftədə 5 iş günü;
  • İş saatları: 09:00 – 18:00;
  • İş yeri: Bakı;
  • Birbaşa şirkət rəhbərliyinə hesabatvermə;
  • Strateji qərarların qəbulunda iştirak imkanı;
  • Peşəkar və karyera inkişafı perspektivləri.

Vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasına nəzarət etmək;
  • Maliyyə, mühasibatlıq və xəzinədarlıq funksiyalarının effektiv idarə olunmasını təmin etmək;
  • Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərini idarə etmək;
  • Büdcə icrasına nəzarət etmək, kənarlaşmaları təhlil etmək və rəhbərliyə təkliflər təqdim etmək;
  • Pul axınlarının, dövriyyə kapitalının və likvidliyin effektiv idarə olunmasını təmin etmək;
  • Şirkətin mənfəətlilik, rentabellik və maliyyə göstəricilərinin təhlilini təşkil etmək;
  • İstehsal maya dəyərinin formalaşdırılması və optimallaşdırılmasını təmin etmək;
  • Məhsul və layihələr üzrə rentabellik analizlərinin aparılmasını təmin etmək;
  • Tender və iri müqavilələrin maliyyə risklərini qiymətləndirmək və rəhbərliyə rəy təqdim etmək;
  • Maliyyə risklərinin müəyyən edilməsi və idarə olunması üzrə tədbirlər hazırlamaq;
  • Daxili nəzarət sistemlərinin və maliyyə prosedurlarının təkmilləşdirilməsinə rəhbərlik etmək;
  • İdarəetmə hesabatlarının hazırlanmasını təmin etmək və rəhbərliyə təqdim etmək;
  • Xarici auditorlar və digər tərəfdaşlarla maliyyə məsələləri üzrə əməkdaşlığı koordinasiya etmək;

Tələblər

  • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə idarəçiliyi sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • İstehsalat sektorunda iş təcrübəsi mütləqdir, tekstil sahəsində təcrübə üstünlük hesab olunur;
  • Büdcələşdirmə, maliyyə planlaşdırılması, maliyyə modelləşdirilməsi və idarəetmə hesabatlılığı üzrə güclü biliklər;
  • Korporativ maliyyə, investisiya təhlili və risklərin idarə olunması sahəsində təcrübə;
  • İstehsal maya dəyərinin hesablanması və optimallaşdırılması sahəsində praktiki biliklər;
  • ERP, 1C və digər maliyyə idarəetmə sistemləri ilə iş təcrübəsi;
  • MS Excel proqramında yüksək səviyyədə bilik;
  • IFRS üzrə biliklər və maliyyə hesabatlarının təhlili bacarığı;
  • Azərbaycan dili sərbəst, ingilis və rus dili bilikləri üstünlük hesab olunur
  • Güclü liderlik, strateji düşüncə, analitik yanaşma və qərarvermə bacarıqları;
  • Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində 'Maliyyə Direktoru' qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: