KB Kapital BankKapital Bank

Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi

Bakı Опубликовано 4 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
18 iyul 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Biz komandamıza əmək haqqının hesablanması sahəsində təcrübəli, məsuliyyətli və detallara diqqətli mütəxəssis axtarırıq. Bu vəzifədə çalışacaq şəxs əmək haqlarının düzgün və vaxtında hesablanmasına, vergi və sosial sığorta hesablamalarının aparılmasına, müvafiq hesabatların hazırlanmasına və əmək haqqı proseslərinin qüvvədə olan qanunvericiliyə uyğun icrasına cavabdeh olacaq. Analitik düşüncəyə malik, dəqiqliyə önəm verən və komanda ilə səmərəli əməkdaşlıq qura bilən namizədləri komandamızda görməkdən məmnun olarıq.

+ ' ' +

• Ali təhsil;

• Əmək haqqının hesablanması sahəsində minimum 1–3 il iş təcrübəsinə sahib olmaq;

• Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə biliklərə sahib olmaq;

• Əmək haqqı və əlaqəli ödənişlərin hesablanması üzrə praktiki təcrübəyə sahib olmaq;

• Vergi və sosial sığorta hesabatlarının hazırlanması bacarığına sahib olmaq;

• Mühasibat proqramları ilə işləmək bacarığına sahib olmaq (SAP, 1C, ERP və ya digər analoji sistemlər);

• Microsoft Excel proqramını yüksək səviyyədə istifadə etmək bacarığına sahib olmaq (formullar, Pivot Table, məlumatların emalı və s.);

• Analitik düşünmə və problemlərin həlli bacarığına sahib olmaq;

• Məxfi məlumatlarla işləmək bacarığına sahib olmaq;

• Komandada effektiv işləmək bacarığına sahib olmaq;

+ ' ' +

·      İnkişaf imkanları

·      Rəqabətli əmək haqqı və bonuslar

·      Yüksək təminatlı sığorta

·      Dəstəkləyici mühit

·      Visa Premium əmək haqqı kartı

·      Korporativ endirimlər

·      Korporativ tədbirlər

·      Əlavə məzuniyyət

·      Güzəştli təhsil və işçi kredit

+ ' ' +

• İşçilərin aylıq əmək haqlarının düzgün və vaxtında hesablanmasının təmin edilməsi;

• Əmək haqqı cədvəllərinin hazırlanması və yoxlanılmasının həyata keçirilməsi;

• Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi, mükafat və digər ödənişlərin hesablanmasının aparılması;

• Vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və qanunvericiliklə nəzərdə tutulmuş digər tutulmaların hesablanmasının aparılması;

• Dövlət qurumlarına təqdim olunan əmək haqqı, vergi və sosial sığorta hesabatlarının hazırlanması və təqdim edilməsinin təmin edilməsi;

• Əmək müqavilələri və digər kadr sənədləri əsasında əmək haqqı hesablamalarının aparılması;

• Əmək haqqı ilə bağlı əməkdaşların müraciət və sorğularının cavablandırılmasının təmin edilməsi;

• Əmək haqqı proseslərinin qüvvədə olan əmək və vergi qanunvericiliyinə uyğun şəkildə icra edilməsinin təmin edilməsi.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

KB Kapital Bank
Kapital Bank
Maliyyə və sığorta fəaliyyəti

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…

Похожие вакансии

Смотреть все
Откликнуться