- Категория
- ИТ
О должности
"Abşeron Logistika” MMC “Manual QA tester” vəzifəsi üzrə vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarının iştirakçısı olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Yeni hazırlanmış modulların manual testlərinin aparılması;
- Formlar, cədvəllər, filtrlər, axtarış funksiyaları, hesabatlar və düymlərin yoxlanılması;
- Biznes məntiqinin tələblərə uyğun işləməsinin test edilməsi;
- İstifadəçi rolları və icazələrinin düzgün işləməsinin yoxlanılması;
- Daxil edilən məlumatların düzgün saxlanılması və emal edilməsinin test edilməsi;
- Yanlış və ya boş məlumat daxil edildikdə sistem davranışının yoxlanılması;
- Aşkarlanan xətaların (bug-ların) detallı şəkildə təsvir edilməsi;
- Xətalar aradan qaldırıldıqdan sonra təkrar testlərin (re-testing) aparılması;
- Yeni dəyişikliklərdən sonra mövcud funksionallığın pozulmadığının yoxlanılması (regression testing);
- Test case və checklist-lərin hazırlanması və yenilənməsi;
- Developer komandası ilə sıx əməkdaşlıq.
Namizədə qarşı tələblər:
- Müvafiq sahədə ali təhsil;
- QA testing üzrə minimum 2 il təcrübəsi;
- Manual Testing üzrə əsas biliklər;
- Web tətbiqlərin test edilməsi üzrə anlayış;
- Test case, checklist və bug report hazırlamaq bacarığı;
- Biznes məntiqini anlama və detallara diqqətli yanaşma;
- Müxtəlif istifadəçi rolları üzrə test ssenarilərini həyata keçirmək bacarığı;
Peşəkar tələblər:
- Manual testing, Functional testing, Regression testing bilikləri;
- UI testing bacarığı;
- User role / permission test etmə qabiliyyəti;
- Bug reporting bacarıqları;
- Html, Css, Javascript, Jquery, C#, Asp.net, Winform, Sql Server proqramlaşdırma bilikləri.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalı üzərindən və ya CV formalarını Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Manual QA tester” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)